Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Fəaliyyət

Rayonun ərazisi 616 kv. km-dir, 1 şəhər, 2 qəsəbə və 89 kənd vardır. Əhalisi 111 min 489 nəfərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 noyabr 2004-cü il, 08 sentyabr 2005-ci il, 03 fevral 2006-cı il, 15 aprel 2011-ci il, 13 mart 2012-ci il, 04 sentyabr 2013-cü il, 11 aprel 2015-ci il və 15 oktyabr 2018-ci il tarixlərində Astara rayonuna səfərlər etmişdir (8 dəfə).

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

- 14 sentyabr 2005-ci il tarixli Sərəncamla Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə tədbirlər planı təsdiq edilmişdir. 

- 21 aprel 2010-cu il tarixli Sərəncamla Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 3,5 mln manat vəsait ayrılmışdır. Ümumi uzunluğu 19 km olan avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılmışdır.

- 19 aprel 2011-ci il tarixli Sərəncamla Astara rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 2 mln manat vəsait ayrılmışdır.

-Bundan 1 mln manat rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və yenidən qurulmasına;

-570 min manat Kijəbə qəsəbəsində ümumi uzunluğu 10 km olan Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran və Kijəbə-Maşxan yollarının əsaslı təmiri və asfaltlaşdırılmasına;

Əlavə olaraq rayonun 2011-ci il üçün yerli xərclərində nəzərdə tutulmuş vəsaitdən 178 min manatı bu yolların əsaslı təmirinin başa çatdırılmasına sərf olunmuşdur.

-430 min manat isə şəhərin H.Əliyev prospekti, Azərbaycan, Nizami və A.Heydərov küçələrində abadlıq və təmir işlərinin aparılmasına, müasir işıqlandırma sisteminin quraşdırılmasına sərf edilmişdir.

- 23 noyabr 2011-ci il tarixli Sərəncamla  Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinin başa çatdırılması və tibb avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 1,5 mln manat ayrılmışdır.

Rayon mərkəzi xəstəxanasının 96 çarpayılıq korpusu yenidən qurularaq əsaslı təmir edilmiş və tibb avadanlığı ilə təchiz olunmuşdur.  Ərazidə yeni park və istirahət guşəsi salınmışdır.

- 15 mart 2012-ci il tarixli Sərəncamla  Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 2 mln manat vəsait ayrılmışdır.

Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkı genişləndirilərək yeni fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, parkın ətrafında olan inzibati bina əsaslı təmir olunmuşdur. Şəhərin Heydər Əliyev prospekti, S.Vurğun və Azərbaycan küçələrində 16 çoxmərtəbəli ictimai yaşayış binanın fasad hissəsi və dam örtükləri dəyişdirilmişdir. Nizami və Qum küçələrində, şəhər 1 saylı tam orta məktəbin qarşısında tikinti və abadlıq işləri aparılmış, yeni bağ salınmışdır.

- 18 aprel 2012-ci il tarixli Sərəncamla   Astara rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq  2,0 milyon manat ayrılmışdır.

Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, yeni inventar və avadanlıqlarla təchiz edilmişdir.

- 28 dekabr 2012-ci il tarixli Sərəncamla Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilmişdir.

- 15 iyul  2013-cü il tarixli Sərəncamla otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Astara rayon İcra Hakimiyyətinə ayrılmışdır.

13.5 km olan Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə və 4 km olan Siyaku-Rinə avtomobil yollarının tikintisi və asfaltlaşdırılması başa çatdırılmışdır.

- 12 sentyabr 2013-ci il tarixli Sərəncamla  Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 2 mln manat vəsait ayrılmışdır.

- 12 sentyabr 2013-ci il tarixli Sərəncamla  on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 milyon manat ayrılmışdır.

-10 dekabr 2014-cü il tarixli Sərəncamla  on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Astara rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Ümumi uzunluğu 21 km olan avtomobil yolunun tikintisi və asfaltlaşdırılması başa çatdırılmışdır. 11 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış etmişdir.

-13 aprel 2015-ci il tarixli Sərəncamla  Astara şəhərində 860 şagird yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri  və on iki min nəfər əhalinin yaşadığı, 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkaran_Miki Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan respublikası Prezidentinin ehtiyat fondundan 5.5 (beş milyon beş yüz min) milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2.5 milyon (iki milyon beş yüz min), kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3.0(üç) milyon manat ayrılmışdır.

-8 iyun 2017-ci il tarixli Sərəncamla  Astara şəhərində dənizkənarı park-bulvar  kompleksi ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3.0(üç) milyon manat ayrılmışdır.

-27 iyul 2018-ci il tarixli Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon (üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.  

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla  Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500,0 (beş yüz) min manat ayrılmışdır.

-12 aprel 2019-cu il tarixli Sərəncamla  - Rayonun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatının təmin edilməsinə Prezidentin ehtiyat fondundan “Azərişıq” ASC-yə 1,5 mln manat ayrılmışdır.

-03 iyun 2019-cu il tarixli Sərəncamla -Torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlər üçün 36 mənzilli yaşayış binasının tikintisinə Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 mln manat ayrılmışdır.

-12 iyun 2019-cu il tarixli Sərəncamla - Rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsinə investisiya xərclərindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,0 mln manat ayrılmışdır.

-03 iyul 2019-cu il tarixli Sərəncamla - Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yolunun tikintisinə (11,6 km, əhali 15,0 min nəfər, 5 məntəqə) investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 mln manat ayrılmışdır.

Sosial-iqtisadi göstəricilər:

-2003-cü ilə nisbətdə 2022-ci ilin aprel ayına məhsul buraxılışı 6,7 dəfə artaraq 59,9 milyon manat, sənaye 73,1 dəfə artaraq 12,2 milyon manat, kənd təsərrüfatı 2,2 dəfə artaraq 13,5 milyon manat, əsas kapitala yönəldilmiş vəsait  29,4 dəfə artaraq 6,7 milyon manat, ondan tikinti-quraşdırma işləri 38,1 dəfə artaraq 6,5 milyon manat olmuşdur;

-2003-2022-ci ilin mart ayına  17265  yeni iş yerləri açılmışdır;

-2004-2021-ci ilin yanvar ayı ərzində SİF vasitəsilə 174 sahibkara 3,97 mln manat kredit verilmişdir;

-AKİA xətti ilə Astara rayonu üzrə 2019-cu ildə 581 fermer tərəfindən 782,64 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 45,9 min manat, 2020-ci ildə 500 fermer tərəfindən 712,80 hektar sahədə həyata keçirilən əkinlərə görə 162,8 min manat, 2021-ci ildə 691 fermer tərəfindən 805,65 hektar sahədə həyata keçirilən əkinlərə görə 183,3 min manat subsidiya hesablanaraq fermerlərin kart hesablarına köçürülmüşdür. 

-2007-2019-cu ilin 12 ayı ərzində fermerlərə 829,4 min manat yardım edilmişdir;

- 01 may 2022-ci il vəziyyətinə 3313,0 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bunun 550,5 hektarı qarğıdalı daxil olmaqla dənli və dənli-paxlalı bitkilər, 161,5 hektarını yem bitkiləri, 2601,0 hektarını kartof, tərəvəz və bostan bitkiləri təşkil etmişdir.  

- 8 subartezian quyusu qazılmış, cari ildə daha 1 quyunun qazılması nəzərdə tutulmuşdur;

- yaşayış məntəqələrinin 44,6%-i, ev təsərrüfatlarının 86,5%-i qazlaşdırılmışdır;

- Astara şəhəri daxil olmaqla 2 yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulmuş, 9 məntəqədə işlər davam etdirilir;

- yaşayış məntəqələrinin 72%-ni əhatə edən 7 avtomobil yolu yenidən qurulmuşdur;

- Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan park salınmış və abidəsi ucaldılmışdır;

- Olimpiya İdman Kompleksi, Gənclər Evi, Boks Mərkəzi, Uşaq Əyləncə Mərkəzi, Dövlət Bayrağı Meydanı, əlil və şəhid ailələri üçün bir 16 mənzilli və bir 32 mənzilli olmaqla ümumilikdə 48 mənzilli 2 yaşayış binası, YAP rayon təşkilatı üçün yeni inzibati bina, 4 ailəvi istirahət mərkəzi inşa edilmiş, dənizkənarı park-bulvar kompleksi, Kijəbə qəsəbəsində Heydər Əliyev parkı salınmış, 2,5 min tonluq soyuducu anbar, 3,0 min tonluq taxıl anbarı, Çayoba kəndində çay emalı fabriki tikilmiş, çınqıl və asfalt zavodu, Ərçivan qəsəbəsində çəltik emalı müəssisəsi istifadəyə verilmiş, “AAAF Park Astara” layihəsi çərçivəsində bir otel, 10 istirahət evi, beynəlxalq yarışların keçirilməsi üçün 120 nəfərlik tamaşaçı tutumuna malik basketbol meydançası, Qamışoba kəndində 5 mərtəbəli otel restoran, 2 mərtəbəli qonaq evi, bir çay evi, 11 kottec istifadəyə verilmişdir. Park-bulvar ərzaisində Zirvə İnternational Sport Clubs MMC-yə məxsus atçılıq idman yarışlarının keçirilməsi üçün cıdır meydançası,ona xidmət edən infrastuktur və Kartinq mərkəzi yaradılmışdır. Kartinq mərkəzinin yaradılmasında əsas məqsəd avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə olan marağı artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.

-“Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin icrasına 2015-ci ildən başlanılmış və 15.10.18-ci ildə ölkə başçısının iştirakı ilə su təchizatı sisteminin açılışı mərasimi keçirilmişdir. 109 km içməli su şəbəkəsinin tikintisi başa çatmış, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Yeni yaradılmış su təchizatı sistemləri hesabına gələcəkdə rayonun 73 min nəfər əhalinin yaşadığı 27 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Astara şəhərində 70,5 km kanalizasiya şəbəkəsinin, 8 km tunel tipli  kanalizasiya kollektorunun, 2 kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası layihələndirilmişdir. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

- 2003-2019-cu illərdə Astaraçayda sel-daşqın sularından mühafizə məqsədi ilə 6496 pm, Pensərçayda  2000 pm sahilbərkitmə işləri həyata keçirilmişdir. Astaraçayda 90 pm mühafizə divarı tikilmiş, Pensər çayda 385 pm-də sahil mühafizə bəndinin tikintisi başa çatmışdır.

-2002-2021-ci illərdə 48 məktəbdə təmir-tikinti işləri aparılmış, o cümlədən 40 məktəb binası inşa, 8-i əsaslı təmir olunmuşdur. Mövcüd uşaq bağçalarından 2 uşaq bağçası tikilmiş, 1 uşaq bağçası əsaslı təmir edilmişdir.

Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinləri üçün 48 mənzilli yaşayış binasının və rayon ərazisində torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisi yekunlaşmışdır. Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən bina istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində Xıçaso və Şəvqo kənd modul tipli ibtidai məktəb binasının tikintisi tamamlanmışdır. Astara şəhəri Təbriz küçəsi 1 ünvanında yerləşən Şəhidlər xiyabanın ərazisi yenidən qurulmuş, abadlaşdırılmışdır. H.Əliyev prospektində Zəfər parkının tikintisi başa çatmışdır. 2021-ci ildə 2 şəhid ailəsi və 3 Qarabağ müharibəsi əlili olmaqla ümumilikdə 5 fərdi yaşayış evi tikilərək imtiyazlı şəxslərə istifadəyə verilmişdir.  

Şəhərin bir neçə prospekt və küçələrində asfaltlama və abadlıq işləri həyata keçirilmişdir.

Kijəbə və Ərçivan qəsəbələrinin ərazisində Elektrik xətt təsərrüfatında sipləşmə işləri davam edir, işığı və yolu olmayan Dolu, Diqo, Avyarud və Sibiyyət kəndlərinə elektrik xətti çəkilmiş, həmçinin müasir tipli yol salınmışdır.

Keçidlər