Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Yeni Azərbaycan Partiyası rayon təşkilatının növbədənkənar konfransı.

11 aprel 2013 | 15:00

 

10 aprel 2013-cü il tarixdə Astara rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransı keçirilmişdir.

Konfransa partiyanın ilk təşkilatlarından 300 nəfər nümayəndə dəvət olunmuşdu. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Siyasi Şuranın üzvü, Siyavuş Novruzov, YAP Mərkəzi aparatının məsul işçisi Mirkamal Seyidov, millət vəkilləri Mirkazım Kazımov, Aslan Cəfərov və rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda iştirak etmişlər. İştirakçılar əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.

  Yeni Azərbaycan Partiyası Astara rayon  təşkilatının sədr əvəzi  Faiq Həsənovun partiyanın rayon təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir. Şəhər 4 saylı tam orta məktəbin müəllimi Aygül Məmmədova,  6 saylı tam orta məktəbin direktoru Rinat Fərzəliyev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova çıxış etmişlər.   

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının  İcra katibinin müavini, Siyasi şuranın üzvü, Siyavuş Novruzov, millət vəkili Mirkazım Kazımov konfransda çıxış edərək Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyalarının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha geniş və uğurla davam etdiyini nəzərə çatdırmışlar.

Konfransda təşkilati məsələyə baxılmış, YAP rayon təşkilatının Siyasi Şurası və idarə heyətinin yeni tərkibi seçilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Firudin Əhmədov YAP rayon təşkilatının sədri seçilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Qəzənfər Ağayev konfransda çıxış etmiş, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni seçilmiş sədrinə və bütün heyətə fəaliyyətləri dövründə uğurlar, müvəffəqiyyətlər arzulamışdır.

Qeyd etmişdir ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmışdır.  Yeni Azərbaycan Partiyası Ulu Öndərin və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir. Sıralarında yüz minlərlə sağlam fikirli insanları birləşdirən partiyanın hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Hər bir sahədə güclü inkişaf və tərəqqi var. Ölkəmizin iqtisadi gücü gündən-günə artır.

Azərbaycanda son zamanlar keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən iki gün öncə Bakı şəhərində yüksək səviyyədə keçirilən  Davos Dünya İqtisadi Forumu dediklərimizə əyani sübutdur.

  Ölkəmizin yüksək inkişafını rayonumuzun timsalında da aydın görə bilərik. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına son bir ildə rayonda Astara Olimpiya İdman Kompleksi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni inzibati bina, bir neçə məktəb binası və digər obyektlər inşa edilmiş, yollar asfaltlaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Mərkəzi Xəstəxana əsaslı təmir edilmiş, yeni avadanlıqlarla təchiz edilərək həyətində gözəl park və istirahət guşəsi salınmışdır. Hazırda Poliklinika şöbəsinin əsaslı təmiri davam etdirilir.

Şəhərin mərkəzindəki Heydər Əliyev Parkı genişləndirilmiş,  burada yeni fəvvarə quraşdırılmış, gül-çiçək əkilmişdir. Küçə və meydanlarda yeni işıqlandırma sistemi quraşdırılmış, binalarda təmir işləri aparılaraq fasadları müasir memarlıq  üslubunda qurulmuşdur.

Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran yolu asfaltlaşdırılmış, Telman kəndində 1000 metrlik yola asfalt döşənmiş, rayonun giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmışdır.

 Hazırda rayonda 10-dan çox yeni məktəb binasının, Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi davam etdirilir. Ərçivan-Şuvi–Alaşa-Qapıçıməhəllə dairəvi yolunun asfaltlaşdırılmasına başlanmışdır.

Möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır. Əlbəttə, bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının rolu əvəzsizdir.

Bu il həm də xalqımız və dövlətimiz üçün mühüm bir siyasi kompaniya olan Prezident seçkiləri ili kimi yadda qalacaqdır. İnanıram ki, bütün Azərbaycan xalqı, siyasi həmfikirlərimiz, partiya silahdaşlarımız bu seçkilərdə Ulu Öndərimizin siyasi varisi, Azərbaycanı daha uğurlu sabahlara aparan, partiyamızın liderinə, möhtərəm cənab İlham Əliyevə səs verməklə tarixinin ən şanlı səhifələrini yazacaqdır.

Sonda konfrans iştirakçıları adından Azərbaycan  Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Keçidlər