Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sığaloni kəndində əhali ilə səyyar qəbul-görüş

21 aprel 2016 | 16:00

Rayonun ucqar kəndlərindən biri olan Sığaloni yaşayış məntəqəsində 500 nəfərə yaxın əhali, 84 təsərrüfat vardır. Kənddə klub, kitabxana, tibb məntəqəsi, məscid fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq, heyvandarlıq və əkinçilikdir.
Aprelin 21-də Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Sığaloni kəndində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Kənd sakinlərini salamlayan İcra başçısı əvvəlki səyyar qəbuldan sonra ərazidə görülən işlər barədə məlumat verdi.
Kənd sakinlərindən Xanım Cəfərova, Nəriman Muradov, Asif İskəndərov, Hikmət Muradov və başqaları çıxış edərək son illər respublikamız və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. İcra başçısına müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə razılıqlarını bildirmişlər. Kənd sakinləri görülən işlərlə yanaşı kəndə təbii qaz xəttinin çəkilişi, elektrik transformatorun yerinin dəyişdirilməsi və s. barədə təkliflər də vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar yaxın vaxtlarda konkret və əməli tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.
İcra başçısı aprel ayının əvvəllərində erməni işğalçılarının təxribatlarına layiqli cavab verən qüdrətli Azərbaycan ordusunun əsgərlərinin qəhrəmanlıqları barədə xoş sözlər söyləyərək bütövlükdə ölkə miqyasında əhalinin birlik nümayiş etdirməsini yüksək vətənpərvərlik hissinin parlaq nümunəsi olduğunu   xüsusi vurğulamışdır. Qəhrəmanlıqlar göstərən şəhidlərimizə rəhmət, yaralılara səfa diləyən İcra başçısı döyüşlərdə fərqlənən Astaralı gənclər haqqında qürurla söhbət açmışdır. Hərbi qospitalda müalicə olunan yaralı əsgərlərlə görüşərkən onlarda olan ruh yüksəkliyi və yenidən cəbhə bölgəsinə getmək arzuları barədə fərəhlə məlumat vermişdir.
Son illər ölkəmizin hər yerində olduğu kimi Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran İcra başçısı bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirmişdir. Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəliyini əhatə edən bütün kəndlərdə - Siyaku, Vaqo, Rinə, Şağlazüzə, Marzəsəy, Miki kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsini, yolların asfaltlaşdırılmasını, əksər kəndlərə qaz xəttinin çəkilməsini və digər abadlıq işlərinin görülməsini diqqətə çatdırmış, bunların ürəkaçan olduğunu vurğulamışdır. İcra başçısı qeyd etmişdir ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Astara və astaralılara göstərdiyi hədsiz diqqət və qayğının parlaq təzahürüdür. İndi əsas vəzifə torpaqlardan daha səmərəli istifadə etmək, ərzaq bolluğuna nail olmaq və mövcud imkanlardan bacarıqla istifadə etməkdir.
Rayonumuzun səfalı guşələrindən biri olan Siyaku inzibati ərazi dairəsi nümayəndəliyində turizmin hərtərəfli inkişafı üçün əlverişli şərait vardır. Biz investorları bura cəlb etməklə turizm obyektlərinin tikilib istifadəyə verilməsi ilə xeyli yeni iş yeri yarada bilərik. Bu istiqamətdə hamımız birgə səy göstərməli, bütün işlərdə birlik nümayiş etdirməliyik.

Keçidlər