Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilmişdir

14 iyun 2016 | 16:00

İyunun 14-də Astarada Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon  tədbiri keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.  
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan, doğma Vətənimizin - Azərbaycanımızın hər yerində 15 iyun “Qurtuluş günü”nün ildönümünün böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirmişdir. O, 23 il bundan öncə baş verənlərin - 1993-cü ilin qan-qadası, ağrı acısı, qardaş qırğını, adamların günahsız ölümünün uzun müddət bu xalqın yaddaşından silinməyəcəyini, müstəqil Azərbaycanı öz mənafeyinə uyğun parçalamaq, bir dövlət kimi yox etmək istəyən qara niyyətlilərin çirkin arzusunun gözlərində qalacağını vurğulamışdır.
Həmin dövrdə respublikada hərc-mərcliyin doğurduğu vəziyyət, ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, apardıqları naşı siyasətin nəticəsində qanlar bahasına yenidən əldə olunmuş müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. Hadisələr elə məcraya yönəlmişdi ki, onun qarşısını yalnız xalqın güvəndiyi dahi şəxsiyyət, təcrübəli dövlət xadimi, mahir siyasətçi, Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan Heydər Əliyev ala bilərdi. Xalq bunu çox yaxşı anlayırdı və xilas yolunu bu böyük insanın yenidən respublikaya rəhbərliyə qayıdışında görürdü.
1993-cü ilin dəhşətli iyun günlərində, uzun sürən tərəddüdlərdən sonra ölkənin təhlükəli vəziyyətdə olduğunu, eləcə də xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin tarixi qayıdışı ilə ölkəni bürüyən təhlükə böyük siyasi çevikliklə aradan qaldırıldı, dövlətçiliyin və xalqın yoluna parlaq nur saçıldı. Xalq faciələrdən qurtuldu, azad nəfəs almağa, xoşbəxt və firavan günlər yaşamağa başladı.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun apardığı qətiyyətli, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün vətənə xidmət nümunəsinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışan, Ulu öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan natiq bu gün Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini  diqqətə çatdırmışdır. 
Ölkəmizin iqtisadi gücü artdıqca vətəndaşlarımızın firavan yaşaması üçün ardıcıl olaraq  yeni layihələr həyata keçirilir. Bu gün müstəqil Azərbaycan regionun aparıcı dövləti, dünyada şöhrəti olan bir ölkə kimi tanınır. Son illərdə Beynəlxalq tədbirlərin ardıcıl olaraq Azərbaycanda keçirilməsi onun nüfuzunun artmasına, ölkəmizə olan maraqların güclənməsinə əyani sübutdur.
İcra başçısı tədbir iştirakçılarına xatırlatmışdır ki, ötən il Qurtuluş günü ərəfəsində ölkəmiz Birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazdığı halda bu il dünyada nüfuzlu idman tədbiri olan Formula – 1 yarışlarına ev sahibliyi edir. Belə nüfuzlu idman və digər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Ulu Öndərimizin siyasi varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsidir.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mərasim Hacıyevin məruzəsi dinlənilmiş, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Poçtamtın rəisi Aqil Əhmədov, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov və Astara Pedaqoji Kollecin tarix müəllimi Sədaqət Səmədova tədbirdə çıxış etmişlər.

Keçidlər