Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Azərbaycan Ağır Atletika Federasiyasının “Zirvə” təlim-məşq bazasının açılışı olmuşdur.

05 mart 2017 | 16:00

05 mart 2017-ci il tarixdə Astarada Park-bulvar ərazisində Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə inşa etdiyi təlim-məşq bazasının açılışı olmuşdur. Açılış mərasimində rayon İcra hakimiyyəti və Azərbaycan Ağır Atletika Federasiyası rəhbərliyinin nümayəndələri, ictimaiyyətin nümayəndələri, gənclər və idmançılar iştirak etmişlər.  Təbdir iştirakçıları  müasir memarlıq üslubunda inşa edilmiş idman bazasında yaradılmış yüksək şəraitlə tanış olmuşlar. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar mövcuddur. "Zirvə" təlim məşq bazasında gənclərimiz və idmançılarımız asudə vaxtlarını səmərəli keçirməklə, fiziki hazırlıqlarını yüksəltmək üçün  ən yaxşı şəraitdə məşqlər edə biləcəklər.

Keçidlər