Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanın Astara rayonuna səfəri

10 mart 2017 | 16:00

10 mart 2017-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekuta Astara rayonunda səfərdə olmuş və RİH-nin başçısı cənab Qəzənfər Ağayevlə görüşmüşdür.

Səfər zamanı cənab Robert Sekutanı xanımı Ann Sekuta və digər qonaqlar müşayiət etmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ABŞ Səfirliyinin nümayəndələrini salamlamış, Astara rayonunun sosial-iqtisadi inkişafı, turizmi, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, yeni açılmış iş yerləri, fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş və ətraflı məlumat vermişdir.

İcra başçısı səfir cənab Robert Sekutanı maraqlandıran sualları cavablandırmış, rayonun Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşdiyinə görə mühüm strateji əhəmiyyət daşıması, ölkə rəhbərliyi tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılmışdır.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın fəaliyyətindən, yeni inşa edilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətindən söhbət açılmış, ABŞ investorlarının Astara rayonuna cəlb edilməsi üçün maraqlı sahələr müzakirə edilmişdir.  

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-ABŞ dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd olunmuş, Astara şəhərinin Amerika Birləşmiş Ştatlarının şəhərlərindən biri ilə qardaşlaşması təklifi irəli sürülmüşdür.

ABŞ-ın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekuta rayon İcra hakimiyyəti başçısı tərəfindən səmimi və işgüzar görüşün təşkilinə görə dərin təşəkkür və minnətdarlığını bildirmiş, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan “cənnət bağı” Astaraya bundan sonra tez-tez səfər edəcəyini vurğulamışdır.

 

Keçidlər