Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Astarada olmuşlar

26 mart 2017 | 16:00

 

16-19 və 23-26 mart tarixlərində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyanın iştirakçıları - Sumqayıt, Naftalan, Mingəçevir şəhərinin, Ağdaş, Quba, Xaçmaz, Ağsu, Qobustan, Qusar, Tərtər, Siyəzən, Xızı, Şabran, Qubadlı və Laçın rayonlarının şagirdləri və onların müəllimləri Astara rayonunda olmuşlar.

Humanitar aksiyanın iştirakçılarını Astarada rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuşlar.  Tur-aksiyanın iştirakçıları Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində gəzintidə olmuş, “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləmiş, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlara baxmiçlar.

Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məlumat verilmiş, Astaranın zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsi olduğu bildirilmişdir.

Keçidlər