Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Yaponiyalı diplomatlar Astarada

06 fevral 2018 | 16:00

Fevralın 6-da Yaponiyanın Azərbaycandakı və İrandakı səfirliklərinin attaşeləri Toşihiro Katagiri və Masamiçi Saıto Astara rayonunda olublar.

Yaponiyalı diplomatlar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara rayonu ərazisindən keçən hissəsində işlərin gedişi ilə maraqlanıblar.

Astara Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara rayonun coğrafi mövqeyi, əhalisi, sosial-iqtisadi inkişafı barədə məlumat verilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində işlərin gedişi barədə danışan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolunun və Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisinin başa çatdığını bildirib. O, Yaponiya hökumətinin   “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində rayonda həyata keçirilən sosial layihələrdən də bəhs edib.

Astara Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin xarici əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyevin, komitənin fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsi rəisinin birinci müavini Anar Süleymanovun və Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayevin iştirakı ilə keçirilən görüşdə qonaqlara son illər Dövlət Gömrük Komitəsi tərəfindən aparılan islahatlar, Azərbaycan və İran gömrük xidmətləri arasında ticarətin asanlaşdırılması, tranzit daşımaların daha da artırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. İki ölkənin gömrük xidmətlərinin mal və nəqliyyat vasitələri arasında ilkin məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb. İran və Azərbaycan gömrük xidmətləri arasında gömrük sahəsində beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

 

Keçidlər