Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Astarada

14 fevral 2018 | 16:00

Hindistan Respublikasının Azərbaycandakı səfiri Sanjay Rana cənub bölgəsinə səfəri çərçivəsində fevralın 14-də Astara rayonunda olmuşdur.

Astara rayon İcra hakimiyyətində hindistanlı səfirlə keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat vermişdir.

Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulamışlar.  Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılmışdır.

Astara rayonunun nümayəndə heyətinin Hindistan Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astara şəhərinin qardaşlaşması ilə bağlı təklifi səfir Sanjay Rana razılıqla qarşılamışdır.

Səfir “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yoluna, Astara stansiyasından İran sərhəddinə qədər olan dəmir yolu xəttinə və Astara çayı üzərində inşa edilən dəmir yolu körpüsünə baxış keçirmiş, Xəzər dənizi sahilində salınmış və genişləndirilməkdə olan park-bulvar kompleksi ilə tanış olmuşdur.

 

 

Keçidlər