Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Bala Şahağac kəndində səyyar qəbul və görüş keçirilmişdir

07 mart 2019 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Bala Şahağac kəndində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun idarə müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. 

İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, Kakalos inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə keçirilən görüşlərdə çox vaxt siz də iştirak etmiş, təkliflər söyləmişsiniz. Keçən il də sizin iştirakınızla bu gözəl məktəb binasının açılışını etdik. Bu gün növbəti dəfə sizinlə Bala Şahağac kəndində görüşərək problemlərlə yerində tanış olub, həllinə köməklik etmək məqsədilə gəlmişik. Buyurun təkliflərinizi verə bilərsiniz. Biz də qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə çalışacağıq.

Sakinlərdən Hökuməli Əliyev, Ağaverdi Əliyev, Zahir Suvarov, Əzizağa İskəndərov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin son aylarda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən bəhs edərək, rayonumuzda görülən quruculuq, abadlıq işlərini ürəkdən bəyəndiklərini bildirmişlər. Görüş iştirakçıları yerlərdə əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Sakinlər eyni zamanda kənddəki həkim məntəqəsinə həkim verilməsi, futbol meydançasının abadlaşdırılması, məhəllə yolunun təmiri, elektrik xətti və dirəklərinin dəyişdirilməsi, əlavə transformatorun qoyulması barədə təkliflər verimişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan   məsələlərə münasibət bildirərək həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir. 

Kənddaxili yolların təmiri, futbol meydançasının abadlaşdırılması ilə bağlı bildirmişdir ki, bunlar əsasən yerli bələdiyyənin işidir. İşə başlanılsın, biz də köməklik edəcəyik.

Elektrik xətt təsərrüfatında yenilənmə işinə rayonda, o cümlədən sizin ərazidə başlanmışdır. Mövcud elektrik şəbəkəsi yeni kabel xətləri ilə əvəzlənəcək, bununla da işıq problemi birdəfəlik həllini tapacaqdır.

Həkim çatışmazlığı ilə bağlı bildirirəm ki, bu hazırda bizi çox düşündürən məsələlərdəndir. Bildiyiniz kimi, rayon Mərkəzi Xəstəxanası cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına əsaslı təmir olunaraq yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təmin olunmuşdur.  Vətəndaşların müayinə və müalicəsindən ötrü hər cür şəraiti olan xəstəxanada hazırda 50-dən çox həkimə ehtiyac vardır. Mən hər il yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşürəm. Tibb ixtisasına qəbul olunanlar da az deyil. Lakin onlar ali məktəbləri bitirəndən sonra şəhrdə işə düzəlir, rayona qayıtmırlar. Bununla əlaqədar təbliğat aparmaq lazımdır.

İcra başçısı dünyanı bürüyən iqtisadi böhran dövründə Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini qeyd edərək,  son günlər cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlardan bəhs etmişdir. Təkcə bu məqsədlə yanvar, fevral aylarında 10-dan çox Sərəncam imzalanmışdır. Minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır. Problemli kreditlərin həlli ilə bağlı verdiyi fərman isə dövlətin hər zaman vətəndaşların yanında olduğuna bariz nümunədir.  Belə tədbirlər bundan sonra da davamlı xarakter alacaqdır. Çünki ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımız onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti ilə uğurlu bir inkişaf yolundadaır. Biz inanırıq Azərbaycanımızın sabahı bu günündən daha güclü olacaqdır. Bizim üzərimizə düşən əsas vəzifə isə ölkəmizdə bərqərar olan əmin-anmanlığı, sabitliyi qorumaq, ölkə rəhbəri ətrafında sıx birləşərək bu günkü inkişafa töhfəmizi verməkdən ibarətdir.

Bu yolda hər birinizə uğurlar arzu edirəm. 

 

 

Keçidlər