Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Astarada

27 aprel 2019 | 16:00

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 2005-ci ildən başlayaraq vaxtaşırı Bakıda və respublikanın müxtəlif regionlarında əhaliyə tibbi xidmət göstərir. Ötən ildən isə Mərkəzin Səyyar Qatarı fəaliyyətə başlamışdır.

Aprelin 27-28-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Astara şəhərinin dəmiryolu vağzalı ərazisində rayon sakinlərinə tibbi xidmət göstərmişdir.

İki gün davam edən humanitar aksiyanın keçirilməsində məqsəd rayon sakinlərini müayinə və müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərməkdir.

Yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar qatarda klinikanın həkim və orta tibb işçiləri bir gün ərzində 300-dən çox müayinə və müalicə, o cümlədən 30 cərrahiyyə əməliyyatı aparmaq imkanına malikdirlər.

Səhiyyə Nazirliyinin dəstəyi ilə aksiya çərçivəsində Səyyar Klinikada 200 nəfərə yaxın rayon sakini müayinə olunmuş, 11 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev müayinəyə gələn sakinlərlə görüşərək onların problemləri ilə maraqlanmış, səyyar klinikada yaradılmış şəraitlə tanış olmuşdur.

İcra başçısı son vaxtlar Prezident cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışaraq, həyata keçirilən bütün tədbirlərin insan amilinə xidmət etdiyini bildirmişdir.

Rayon sakinləri aksiyanın təşkilatçılarına, hər zaman əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər