Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Anbuba kəndində əhali ilə səyyar qəbul və görüş

02 may 2019 | 16:00

Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə on kənd daxildir. Anbuba kəndində 300 nəfər əhali yaşayır. Heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olurlar. Rayon mərkəzindən 40 kilometrlik məsafədə, dağlıq ərazidə yerləşsə də rayon rəhbərliyi daim əhalinin yaşayışı, problemləri ilə maraqlanaraq həllinə yaxından köməklik göstərir. 

İcra başçısının keçirdiyi səyyar qəbul və görüşdə iştirak edən vətəndaşlar bu barədə razılıqla danışdılar. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştirak edirdilər.

İcra başçısı nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı keçirilən səyyar qəbullarda görüşdüklərinə baxmayaraq bu gün Amboba kəndində əhalini yerində dinləməklə, problemlər barədə təklifləri verməyi xahiş etmişdir.

Kənd sakinlərindən Ramiz Gənciyev, Zülfiəli İbadov odun, telefon,  və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin böyük uzaqgörənliklə müstəqil Azərbaycanımızın hərtərəfli inkişafına nail olması, dünyada tanıdılmasından iftixar duyduqlarını söyləmişlər. Respublikada və rayonda görülən geniş quruculuq abadlıq işlərindən razılıq edərək, kəndlərinə çəkilən asfalt yola görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Sakinlər icra başçısına belə ucqar bir kəndə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı gənc ailələrin işlə təmin olunması, kəndə telefon xətti və internetin çəkilməsi, odun yanacağı ilə təmin olunmasına köməklik göstərilməsi barədə təkliflər vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermişdir.  

Kənddə iş yerlərinin yaradılması ilə əlaqədar heyvandarlıq, arıçılıq sahələrinin inkişaf etdirilməsi ilə təsərrüfat yaratmağın səmərə verəcəyini  bildirmişdir. Bu gün dövlətimiz özünüməşğulluq layihəsi çərçivəsində bu cür təsərrüfatların yaradılmasına yaxından dəstək olur. Sizin kənddə də artıq bundan yararlananlar vardır. Sizi də dövlətin yartdığı bu imkandan səmərəli istifadə etməyə dəvət edirəm.    

İcra başçısı qeyd etmişdir ki, Anbuba rayon mərkəzindən xeyli uzaqda olsa da, ərazidən keçən Taxtanakəran-Toradi avtomobil yolu asfaltlaşdırılandan sonra bu uzaqlıq aradan götürülmüşdür. Asfalt yoldan əlavə kənd ibtidai məktəbi üçün yüksək səviyyədə gözəl bina tikilmiş, elektrik xətt təsərrüfatında əsaslıə təmir aparılmışdır. Əvvəllər sizinlə görüşəndə yol, məktəb, işıq problemindən şikayətlənirdinizsə, indi internet şəbəkəsi istəməklə daha müasir tələblər irəli sürürsünüz. Bu da inkişaf və tərəqqinin nəticəsidir və bizi sevindirir.

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə inkişafını planlaşdırdığı müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyev tərəfindən yüksək bacarıqla uğurlu sabahlara aparılır. Mühüm regional layihələrin dövlətimizin bilavasitə iştirakı ilə reallaşması müstəqil Azərbaycanımızın etibarlı və uğurlu əməkdaş dövlət olmasından xəbər verir. Bu layihələr iqtisadiyatımızın daha yüksək inkişafına yol açacaqdır.  

İcra başçısı əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin yüksək səmərəsini qeyd edərək,  son aylar cənab Prezident İlham Əliyev tərəfindən bununla əlaqədar qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlardan bəhs etmişdir. Minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmış, problemli kreditlər əhalinin xeyrinə həllini tapmışdır. .

İcra başçısı belə tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

 İcra başçısı Qəzənfər Ağayev Anbuba kənd ibtidai məktəbdə tədrislə maraqlanmış, məktəb kollektivi ilə səmimi söhbət edərək tövsiyələrini vermişdir.

 

 

 

 

Keçidlər