Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səyyar hospitalı Astarada xeyriyyə aksiyası keçirir

08 may 2019 | 16:00

Mayın 7-8-ində Astara rayonunun Kijəbə qəsəbəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səyyar hospitalı və Mərkəzi Gömrük Hospitalın peşəkar həkimlərindən ibarət tibbi heyəti “Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyası keçirilmişdir.

Humanitar aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalın ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə  hospitalın təcrübəli kardioloqları rayon əhalisinə tibbi xidmət göstərmişlər.

Aksiya zamanı  tibbi yardıma ehtiyacı olan rayon sakinləri kardioloqlar tərəfindən müayinə olunmuş, onlar Exo, EKQ doppler müayinə edilmiş və səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərilmişdir.

Ürək cərrahı Rəşad Mahmudov bildirib ki, aksiyanın məqsədi Mərkəzi Gömrük Hospitalının səyyar tibbi xidmət briqadası ilə birlikdə regionlara çıxmaq, ən ucqar kəndlərə qədər gedib ürək-damar problemlərindən əziyyət çəkən insanlarla bilavasitə təmasda olmaq, rayon yerlərində bəzən həkimə getməyə imkanı olmayan insanlara ən yüksək texnologiyalar əsasında diaqnostik müayinələr aparmaqdır.

Aksiya zamanı, həmçinin insanları xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndirmək, xəstəliklərlə əlaqədar problemlərini yerindəcə həll edib gələcək fəsadların əmələ gəlməməsi üçün onlara doğru müalicə və profilaktik məsləhətlər verilir.

16 nəfərdən ibarət həkim briqadası ürək-damar xəstəlikləri, o cümlədən bu sahə ilə əlaqəli qarındaxili orqanlarda olan problemləri və böyrək patologiyalarını müayinə etmişdir. Həkim briqadasında anadangəlmə  ürək qüsurları üzrə yüksək ekspertlər var.

Xeyriyyə aksiyasında 500 nəfərdən çox rayon sakini müayinə olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev müayinəyə gələn sakinlərlə görüşərək onların problemləri ilə maraqlanmış, səyyar klinikada yaradılmış şəraitlə tanış olmuşdur.

İcra başçısı keçirilən bu cür humanitar aksiyaların ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlərin tərkib hissəsi olduğunu bildirmişdir.

Rayon sakinləri bu yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər