Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Səncərədi kəndində əhali ilə səyyar qəbul və görüş

04 iyun 2019 | 16:00
 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun böyük yaşayış məntəqələrindən biri olan Səncərədi kəndində əhali ilə keçirdiyi görüşdə inzibati orqanların, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı sakinləri salamlayaraq, bildirmişdir ki, vaxtaşırı  nümayəndəliyin Artupa, Züngüləş, Alaşa, Şovaş, Bəndəsər kəndlərində görüşsək də, bu gün sizinlə yaşadığınız Səncərədi kəndində görüşmək qərarına gəlmişik. Həmişə olduğu kimi bu görüşdə də narahatlıq doğuran  məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Buyurun sizi dinləyirik.

Sakinlərdən Camal Eyvazov, Vüqar Şabanov, Əhmədağa Nəzərov və başqaları çıxış edərək rayonumuzda tikinti-quruculuq, abadlaıq işlərinin aparılmasından ötrü vəsait ayırdığına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına diqqəti artırdığına görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevdən razılıqlarını bildirmişlər. Ərçivan-Şuvi-İstisu avtomobil yolunun əsaslı təmirinin onların yaşayışının yaxşılaşmasına böyük töhfə olduğunu qeyd edərək, bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə etmiş, əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Sakinlər eyni zamanda məhəllə avtomobil yolunun təmiri, yeni məhsuldar çəltik toxumuna ehtiyac olduğu, elektrik xətt təsərrüfatının yenilənməsi və elektrik verilişinin yaxşılaşdırılması barədə təkliflər verimişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, vaxtaşırı keçirilən görüşlərdə verdiyiniz təkliflər əsasında problemlərin əksəriyyəti həllini tapmış, ərazidə sosial layihələr icra edilmiş, geniş tikinti-quruculuq, abadlıq işləri aparılmışdır. Artupa və Səncərədi kənd tam orta məktəblərindən sonra keçən il burada müasir tipdə inşa edilmiş uşaq bağçasının açılışını etdik. Hazırda əhali üçün çox önəmli olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş (İstisu-Bəndəsər) avtomobil yolunun asfaltlaşdırılmasına başlanmışdır. Bu yol təkcə yerli sakinlər üçün deyil, bütün rayonumuz üçün mühüm əhəmiyyət daşıyır. Çünki, bu ərazi böyük turizm potensialana malikdir. Burada səfalı təbiətlə yanaşı müalicəvi əhəmiyyətli İstisu termal bulaqları yerləşir. Yollar asfaltlaşdırılandan sonra gələcəkdə yəqin ki, ərazidə turizm obyektləri də inşa olunacaqdır.  

İcra başçısı bütün bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənmiş, dönməz xarakter almışdır. Nəticədə ölkə iqtisadiyyatı gücləndikcə əsasən əhalinin sosial rifahının yaxşılaşmasına yönələn tədbirlərin miqyası da genişlənir. 

Gələcəkdə də tikinti-quruculuq işləri, sosial layihələrin icrası davam edəcəkdir. Əsas odur ki, ölkəmizdə sabitlikdir, əmin-amanlıqdır. Əhalinin rifahı, həyat səviyyəsi gündən-günə yaxşılaşır. Ölkəmizdə bərqərar olan bu əmin-amanlığı qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşərək, həyata keçirilən möhtəşəm işlərdə dəstək olmalı, ölkəmizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.

Sizi sabahkı əziz gün - müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramı münasibəti ilə təbrik edir, süfrənizə bol ruzi-bərəkət, ölkəmizə əmin-amanlıq və sülh arzulayıram.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər