Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kamlakan kəndində əhali ilə səyyar qəbul və görüş

25 iyul 2019 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbul və görüş rayonun ucqar yaşayış məntəqələrindən olan Hamoşam  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kamlakan kəndində olmuşdur.

Səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı iştirakçıları salamlayaraq, bildirmişdir ki, nümayəndəliyin daha böyük kəndləri olan Hamoşam, Toradi kəndlərində vaxaşırı görüşlərimiz olmuşdur. Bu görüşlərin hər biri səmərəli, faydalı olmaqla müəyyən problemlərin həlli ilə yadda qalmışdır. Bu gün sizinlə yaşadığınız Kamlakan kəndində görüşmək qərarına gəlmişik. Məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır. Buyurun təkliflərinizi verə bilərsiniz.

Kənd sakinləri  Hacıbaba Babayev, Surəddin Əliyev, Arzuman Bbabayev, Cəfər Ağaliyev və başqaları çıxış edərək gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın yüksək inkişafına hədsiz sevindiklərini və bununla qürur duyduqlarını bildirmişlər. Rayonumuzda görülən geniş tikinti, quruculuq və abadlıq işlərinə vəsait ayırdığına, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə hədsiz minnətdarlıq ifadə etmiş, əhali ilə müntəzəm görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə yaxından köməklik göstərdiyinə görə icra başçısına təşəkkürlərini bildirmişlər.

Sakinlər görülən işlərlə yanaşı odun yanacağı ilə təmin olunması,  kənddə və sərhəd zastavasına gedən qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, Reqluba kəndində məktəb binasının tikintisinə köməklik göstərilməsi və s. barədə təkliflər vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli barədə tapşırıqlar vermişdir.

Elektrik xətt təsərrüfatının yenilənməsi təklifi ilə əlaqədar bildirirəm ki, elektrik xətləri altmışıncı illərdə çəkildiyindən istismar müddəti bitmişdir. Ancaq keçən ildən başlayaraq yüksək gərginlikli elektrik xəttinin bir hissəsi dəyişdirilmiş, çürümüş ağac dirəklər metal dirəklərlə əvəz olunmuşdur. Qalan hissəsi də tədricən dəyişdiriləcəkdir. Əsas məsələ hərbi hissəyə gedən elektrik xətti və dirəklərində təmir işlərinin aparılmasıdır ki, qarşıdan gələn payız-qış mövsümündə hərbiçilərimiz işıq prblemi ilə üzləşməsinlər. Bunun üçün müəyyən tədbirlər görülür, növbəti ayda burada işə başlanılacaqdır.  

Qeyd etdiyiniz kimi bu dağ kəndlərinin ən böyük problemi cənab Prezidentin Sərəncamı ilə yüksək səviyyəli asfalt yolların çəkilməsi ilə həllini tapıbdır. Bundan əvvəl insanların nə qədər əziyyət çəkdiyi, promlərlə üzləşdiyi yadımızdadır. Təkcə onu deyim ki, yol çəkilməmişdən əvvəl Toradi kənd tam orta məktəbi üçün binanın tikintisi zamanı tikinti materiallarının daşınmasında nə qədər problemlər yaşadıq. Amma sonralar Hamoşam və Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan bütün məktəblər üçün müasir tipli binalar tikilmişdir. Asxanakəranda yeni xəstəxana binası inşa edilib ki, yaxın günlərdə açılışını edəcəyik.

Yerli sakinlər üçün həyati əhəmiyyət daşıyan avtomobil yolunun asfaltlaşdırılması bütün rayonumuz üçün də mühüm rol oynayır. Çünki, bu ərazi həm də turizm potensialına malikdir. Burada səfalı təbiət, sərin bulaqlar, tarixi abidələr vardır. Gələcəkdə yəqin ki, ərazidə turizm obyektləri də inşa olunacaqdır.

Rayonumuzda abadlıq və quruculuq işləri durmadan davam etdirilir. Son bir ildə cənab Prezidentin rayonumuzla bağlı imzaladığı Sərəncamlar  olduqca vacib əhəmiyyətli məsələləri əhatə edir ki, bundan bütün sakinlərimiz kimi siz də yüksək səviyyədə faydalanırsınız. Göstərilən bu diqqət və qayğıya görə bütün astaralılar adından möhtərəm cənab Prezidentə minnətdarlığımızı bildiririk.

İcra başçısı bütün bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənmiş, dönməz xarakter almışdır. Ölkə iqtisadiyyatı gücləndikcə əhalinin sosial rifahının yaxşılaşmasına yönələn tədbirlərin miqyasının da genişləndiyini bildirərək, son bir ildə minimum əmək haqlarının, pensiyaların, dövlət müəssisələri və özəl sektorda çalışan müxtəlif peşə sahiblərinin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasını diqqətə çatdırmışdır.

İcra başçısı gələcəkdə də tikinti-quruculuq işlərinin, sosial layihələrin icrasının davam etdiriləcəyini bildirmişdir. Əsas odur ki, ölkəmizdə sabitlikdir, əmin-amanlıqdır. Ölkəmizdə bərqərar olan bu əmin-amanlığı qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşərək, həyata keçirilən böyük  işlərdə dəstək olmalı, ölkəmizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.

Keçidlər