Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şiyəkəran kəndində əhali ilə görüş

26 sentyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Şiyəkəran kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

Çıxış edənlər rayon icra hakimiyyəti başçısının rayonun idarə, müəssisə rəhbərləri ilə vaxtaşırı onların görüşünə gəlməsini, söylənən prblem və təkliflərə həssaslıqla yanaşaraq operativ həllinə tapşırıqlar verməsini dövlətin vətəndaşlarına olan böyük diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Sakinlər Respublikada mühüm əhəmiyyət kəsb edən, ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı dövlət tədbirlərinin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar ardıcıl olaraq imzaladığı sərəncamlardan razılıqlla danışaraq, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını bildirmişlər.  

Rayonda və yaşadıqları Şiyəkəran kəndində tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək salınan rahat yolların, inşa edilən sosial müəssisələrin, dəniz kənarında salınan yüksək səviyyəli park-bulvar kompleksinin rayonumuza yaraşıq verdiyini vurğulamışlar. Sakinlər cənab Prezidentin əhalinin məşğulluğunun təmin edilməsi, güzəranının daha da yaxşılaşdırılması üçün daim tədbirlər gördüyünü, əhaliyə, çalışdıqları sahələrə görə dövlət dəstəyinin artırılmasını yüksək dəyərləndirmişlər.

İcra başçısı ulu öndər Heydər Əliyevin bizə yadigar qoyduğu müstəqil Azərbaycanımızın cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə durmadan inkişaf etdiyini, bütün sahələrdə uğurlar qazanıldığını bildirərək,  bu inkişafın gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamlarla mühüm tədbirlər həyata keçirilmiş, əmək haqları, təqaüdlər, minimum əməkhaqqı və minimum pensiyalar artırılmışdır.

Son illər rayonumuzda onlarla məktəb, səhiyyə müəssisəslərinin inşa edidiyini, yolların asfaltlaşdırıldığını qeyd edərək bu cür sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırmış, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Keçidlər