Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sekəşan kəndinə ilk dəfə elektrik xətti çəkilib

09 oktyabr 2019 | 16:00

Astara rayonunun Sekəşan kəndi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyindən buraya indiyədək elektrik xətti çəkilməmişdi. Əhali uzun illər işıq problemindən əziyyət çəkərək evlərində elektrik işığının yanacağı günü həsrətlə gözlləyirdilər. Bu problem illərlə həll edilmədiyindən xeyli sakin bu qədim yaşayış məskənini tərk edərək rayonun aran zonasına köçmüşdür. 

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına “Azərişıq” ASC bu günlərdə kəndə elektrik xəttinin çəkilişini başa çatdırmış, sakinlər elektrik enerjisi ilə təmin ediliblər.

Yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi əhalinin hədsiz sevincinə səbəb olmuşdur. Kənd sakinləri onlara sevinc bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, köçüb gedən əhalinin də artıq kəndə qayıdacağını vurğulamışlar.

 Qeyd olunmuşdur ki, yüksək inkişaf yolunda olan, geniş quruculuq-abadlıq işlərinin aparıldığı müstəqil Azərbaycanımızda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər cənab Prezidentin vətandaşlarına yüksək qayğısının bariz nümunəsidir. Bu diqqət və qayğıya cavab olaraq hər zaman ölkə rəhbəri ətrafında sıx birləşəcəklərini, gördüyü böyük işlərdə ən yaxın köməkçi olacaqlarını bildirmişlər.

Keçidlər