Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

"Zirvə Astara" "Gəncə" komandasına qələbə qazanıb

11 oktyabr 2019 | 16:00

Oktyabr ayının 10-da “Sərhədçi” Olimpiya-İdman Kompleksinin yarış zalında basketbol üzrə 27-ci Azərbaycan çempionatına start verilib.

Kişi basketbolçular arasında keçirilən növbəti çempionatın açılış matçında "Gəncə" və "Zirvə Astara" klubları üz-üzə gəliblər.

"Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunan qarşılaşma kifayət qədər maraqlı alınıb. "Gəncə" 2:0 hesabı ilə ilk xalı qazansa da çox keçmədən "Zirvə Astara" komandası təşəbbüsü ələ alaraq ilk periodu 27:9 hesabı ilə bitirmişdir.

Zaur Paşayev, Anar Sarıyev və Ender Poladxanlı kimi təcrübəli basketbolçulardan qurulan "Zirvə Astara" komandası "Gəncə" komandasına qalib gəlməkdə çətinlik çəkməyərək 77:56 hesabı ilə qələbə qazanmışdır.

Qeyd edək ki, region klublarının da qatıldığı birincilikdə qalib adı uğrunda 8 komanda mübarizə aparacaq.

Ötən illərlə müqayisədə çempionatda yeni reqlament tətbiq olunub. Yeni qaydalara əsasən komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcəklər. Bunun ardınca isə hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda yarışı davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.

"Atletik”, "Atom", "Zirvə Astara", "Gəncə", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" klublarının iştirakı ilə təşkil olunan XXVII Azərbaycan çempionatında I tur oktyabrın 12-də bitəcək. Həmin gün Azərbaycan Dövlət Texniki Universitetində "Sərkərdə" "Atom"u, "Xırdalan" "Atletik"i və "Sıçrayış" "80-lər"i sınağa çəkəcək.

Keçidlər