Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada yubiley tədbiri keçirilmişdir

18 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi  və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq bütün respublikada olduğu kimi Astara rayonunda da il boyu silsilə tədbirlər keçirilmişdir. Müxtəlif idman növləri üzrə yarışlar, ədəbi-bədii gecələr, Astara Pedaqoji Kolecində və ümumtəhsil məktəblərində inşa, bədii qiraət, rəsm müsabiqələri keçirilmiş, qalblər  mükafatlandırılmışlar.

Bu tədbirlərin davamı olaraq 18 oktyabr 2019-cu il tarixində rayonun dənizkənarı park-bulvar kompleksində Azərbycan poreziyası tarixində siyasi-fəlsəfi  şeirin ilk böyük nümayəndəsi olan İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya keçirilmişdir. 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərin müəllim və şagirdləri iştirak etmişlər.

Astara Pedaqoji Kollecin  tələbələri, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və Lənkəran Dövlət Dram teatrının aktyorlarının ifasında böyük şairin qəzəlləri dinlənilmiş, mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin üzvləri şairin qəzəllərindən ibarət muğam parçaları səsləndirmişlər.

İştirakçılar tədbiri böyük maraqla izləmiş, şairin yaradıcılığından bəhs edən sərgidən, şeir-sənət məclisindən zövq aldıqlarını bildirərək, ifaçıları alqışlamış, təşkilatçılara minnətdarlıq etmişlər.

 

 

 

Keçidlər