Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Pəlikəş kəndində əhali ilə görüş

15 noyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Pəlikəş kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə söylənilən arzu və təkliflər dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərindən razılıqla danışmış, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən sosial layihələrin həyatlarını dəyişdiyini söyləmişlər. Kənd yollarının asfaltlaşdırıldığını, müasir tipli yeni məktəb və xəstəxana binasının tikildiyini, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər.  

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri Pəlikəş kənd tam orta məktəbindən kəndin mərkəzinə və Sım kəndinə gedən yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə minnətdarlıq etmişdir. Bildirmişdir ki, Pəlikəş kəndinə asfalt yolun çəkilməsi ilə əhalini narahat edən əsas problem həllini tapmış, digər məsələlər də tədricən həll olunacaqdır. İcra başçısı beş-altı il əvvəl əhali ilə keçirdiyi görüşü xatırladaraq şəraitsizlikdən əziyyət çəkən əhalinin son illər aparılan tikinti-quruculuq işləri ilə nə qədər rahatlığa qovuşduqlarından məmnunluğunu ifadə etmişdir. Rayon ərazisində salınan asfalt yolların böyük hissəsinin dağ kəndlərini əhatə etdiyini bildirərək, yol çəkilişindən sonra bu səfalı yerlərə gələnlərin sayının ildən-ilə artdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, mövcud olduğu tarixi ərzində işığı və avtomobil yolu olmayan Dolu və Diqo kəndlərinə elktrik enerjisi verilişinə başlanmış, avtomobil yolunun çəkilməsi üçün cəlb edilmiş müasir texnikalar işə başlamışlar. Bu yolların salınması ilə bir neçə qonşu kəndlərin sakinlərinin də  yolsuzluq probleminə son qoyulacaq. Bundan əlavə nümayəndəliyin Dolu kəndində yeni quraşdırılmış modul tipli ibtidai məktəb istifadəyə verilmiş, Lomin və Dürriyə kəndilərində quraşdırılan modul tipli yeni məktəb binalarında son tamamlanma işləri aparılır. Onu da qeyd etməliyəm ki, elektrik xətlərinin çəkilməsində və məktəb avadanlıqlarının daşınmasında yol problemi olmasına baxmayaraq yerli sakinlər əlindən gələn köməkliyi etmişlər. Buna görə hər birinizə təşəkkürümü bildirirəm.

Əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən  bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq.

Xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirilən məqsədyönlü tədbirlər sevindirici və ürəkaçandır. Bu gün vətəndaşlarımızın rifahı durmadan yüksəlir, maddi həyat və məişət şəraiti gündən-günə yaxşılaşır.

İcra başçısı Pəlikəş kənd tam orta məktəbində tədrisin vəziyyəti və Diqo kəndinə avtomobil yolunun çəkilişi  ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.

 

 

 
Keçidlər