Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şahağac kəndində əhali ilə görüş

19 dekabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Şahağac kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər yaşayışlarının yüksək təminatı üçün son illər rayonda görülən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışmışlar.     

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək  təbii qazın təzyiqinin artırılması, kənddə bankomatın qoyulması və kənd ara yollarının təmirinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şahağac kəndində əsas problemlərin həllini tapdığını bildirmiş, söylənən məsələlərin də qısa müddətdə həll olunacağı barədə tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.

Şahağac-Pensər avtomobil yolunun əsaslı təmiri məsələsinin vacibliyini bildirərək, bu barədə aidiyyəti üzrə müraciət edildiyini, yaxın zamanlarda həllini tapacağını sakinlərin nəzərinə çatdırmışdır.

Vaxtilə AXCP-Müsavat cütlüyündə cəmləşən naşı adamların bacarıqsızlığı, hakimiyyət hərisliyi üzündən talanıb bərbad vəziyyətə salınan, müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycanın, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində bu fəlakətdən qurtardığını  vurğulamışdır. Hazırda sərsəm fikirlərlə xalqı çaşdırmaq istəyən daxili düşmənlərdən müstəqilliyimizə xələl gəlməməsi üçün xalqla rəhbərliyin birliyinin qorunmasının vacibliyini bildirən icra başçısı, ölkəmizin cənab Prezident İlham Əliyevin səyləri nəticəsində hazırda yüksək inkişaf mərhələsinə çatdığını, ölkənin böyük valyuta ehtiyatı topladığını bildirərək, bütün sahələrdə yüksək tərəqqinin olduğunu diqqətə çatdırmışdır. Cənab Prezidentin əhalinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin həllinə daha çox diqqət ayırdığını, ilin əvvəlindən başlayaraq bu məqsədlə sosial paketlərin icrası üçün sərəncamlar imzaladığını vurğulamışdır.

Natiq cənab Prezident İlham Əliyevin  xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün yüksək fəaliyyətindən danışaraq, həyata keçirdiyi məqsədyönlü tədbirlərin müstəqil dövlətimizi daha uğurlu gələcəyə qovuşduracağını əminliklə söyləmişdir.

İcra başçısı ölkə rəhbəri tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün böyük həcmli sosial paketin icrasına başlandığını, bu siyasətin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulamış, vətəndaşlara cənab Prezidentinin ətrafında sıx birləşərək ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumağın vacibliyini bildirmişdir.   

Keçidlər