Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vətəndaşların nəzərinə !

17 mart 2020 | 16:00

Ölkədə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubuna əsasən qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınmış, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılmışdır.

Vətəndaşların qəbulu ilə əlaqədar Astara Rayon İcra Hakimiyyətində fasiləsiz fəaliyyət göstərən qaynar xətt telefon nömrəsi, e-mail və məsul əməkdaş müəyyən edilmişdir. 
Müraciətlərinizi poçt vasitəsilə və ya göstərilən qaydada təqdim edə bilərsiniz. Müraciətləriniz araşdırılaraq mövcud qaydalara uyğun sizə cavab veriləcəkdir.

Telefon:   22-5-13-94 - qaynar xətt

e-mail:  mail@astara-ih.gov.az

Məsul şəxs: Əliyev Ruhid Ələsgər oğlu

Telefon:         22-5-20-65
                            22-5-13-20

 Fax:              22-5-16-97
    
        Mobil:          050-255-33-32

Bir daha vətəndaşlara son dərəcə diqqətli olmaları, məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələri tövsiyə edilir.

Keçidlər