Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astaralı Qarabağ qaziləri cənab Prezidentə minnətdarlıq etmişlər

23 may 2020 | 16:00

Əziz Prezidentimiz, cənab Ali Baş Komandan!

Dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü atdığınız qətiyyətli addımlar, vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi.

Cənab Prezident!

Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz düşməni görüb üzərinə getmişik. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz, sözlə ifadə edilməsi mümkün olmayan ən böyük QƏHRƏMANLIQDIR. Dünyanın ən güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, Azərbaycan xalqı və dövləti Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq tam normal, heç bir xəstəlik təhlükəsi hiss etmədən həyatımıza davam ediriksə, demək xalqımız rəhbərliyinizlə artıq bu qorxunc xəstəliyə qalib gəlibdir.     

Cənab Prezident!

Əslində Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik.

Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır.    

Cənab Ali Baş Komandan!

İnanırıq ki, dönməz iradəniz və qətiyyətinizlə işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndində əzəmətlə dalğalanacaqdır. Bütün Azərbaycan xalqı kimi, biz Qarabağ qaziləri də bu yolda hər an Sizinləyik və Sizin hər bir əmrinizə müsəlləh əsgər kimi hazırıq.

Allah Sizi və ailənizi qorusun!

 

Dərin hörmətlə,        

Astara rayonunun Qarabağ qaziləri 

Keçidlər