Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada milli-mənəvi və ailə dəyərləri mövzularında onlayn tədbirlər keçirilmişdir

07 may 2021 | 16:00

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin tövsiyə məktubuna əsasən 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində 3, 5 və 7 may tarixlərində Astara rayonunda onlayn tədbirlər keçirilmişdir.

“Milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması”, “Yaşlı və gənc nəslin dialoqunun düzgün formalaşması” və “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzularında keçirilən tədbirlərə rayon Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi və məktəb direktorları, Astara Pedaqoji Kolleci, Gənclər və İdman İdarəsi, Mərkəzi Xəstəxanasının əməkdaşları və rayon Ağsaqqallar Şurasının sədri qoşulmuşlar.

Tədbirdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunaraq gənc nəslə aşılanmasında valideynlərin üzərinə düşən vəzifələr və məktəbin bu məsələdə vacib rolu, erkən nikahın fəsadları, qohumlar arasında nikahın mənfi nəticələri, bu işdə valideyn məsuliyyətinin dərk edilməsi və digər məsələlər barədə danışılmış, fikir mübadiləsi aparılmış, maarifləndirici video çarxlar nümayiş etdirilmişdir.   

Keçidlər