Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

16 dekabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş silsilə tədbirlər il ərzində Astara rayonunda keçirilmişdir.
    Dekabrın 16-da Astara Rayon Mədəniyyət Mərkəzində dünya poeziyasına dəyərli söz inciləri bəxş etmiş Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsi Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində öz yerini qoruyub saxlamaqdadır.
   Tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olmuşlar.
     Tədbirdə Nizami Gəncəvinin hikmət dolu söz xəzinəsindən danışılıb, Astara Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında böyük şairin əsərlərinin motivləri hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, qəzəllərindən ibarət muğamlardan parçalar ifa edilmişdir.

Keçidlər