Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İqtisadiyyat

Rayonun dövlət və şəxsi müəssisələri haqqında məlumat.

Astara rayonunda rəsmi qeydiyyata alınan 542 müxtəlif müəssisədən 92-si dövlət və 450-si xüsusi müəssisədir. Rayonda 4 çay fabriki vardır. Onlardan 3-ü fəaliyyət göstərir. Rayonda Gömrük keçid məntəqəsi, yük daşımaları ilə məşğul olan 4 nəqliyyat müəssisəsi, Dəmir yol stansiyası, Yol istismar idarəsi, Elektrik şəbəkəsi, Elektrik stansiyası, Qaz kompressor stansiyası, Telekommunikasiya qovşağı, Suvarma sistemləri sahəsi, kərpic zavodu və başqa müəssisələr vardır.
Kənd təsərrüfatı
Astara rayonu zəngin və əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biridir. Rayonun ərazisi 61 min 643 hektar olmaqla, 17 min 564 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi, 7684 ha əkinə yararlı torpaq sahəsi, 4052 ha sahədə çoxillik əkmələrdir. Rayonda kənd təsərrüfatının əsasını çayçılıq, tərəvəzçilik, sitrusçuluq, dənli-paxlalı bitkilər, taxılçılıq, heyvandarlıq, arıçılıq, balıqçılıq və digər kənd təsərrüfatı sahələri təşkil edir. Kəndli (fermer) və fərdi təsərrüfatları tərəvəzçilik, sitrusçuluq, çayçılıq, kartofçuluq, çəltikçilik, heyvandarlıq, taxılçılıq və başqa sahələrlə məşğul olurlar. Rayonda hazırda 53 kəndli (fermer) təsərrüfatı vardır. Onlardan 6-sı çayçılıq, 21-i bitkiçilik, 20-si heyvandarlıq və 6-sı meyvəçilik üzrə ixtisaslaşmışdır.

Rayonda yetişdirilən əsas kənd təsərrüfatı bitkilərinin adları

1.Çay
2.Çəltik
3.Limon
4.Narıngi
5.Feyxoa
6.Kivi
7.Kinkan
8.Portoğal
9.Kələm
10.Xiyar
11.Pomidor
12.Kartof

Sosial-iqtisadi inkişaf
Azərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonunun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərrüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir.
Azərbaycanda istifadə olunun sitrus meyvələrinin çoxunu Astara rayonu verir.
Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşməsi iki tərəfli ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. 

Keçidlər