Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Fərman və Sərəncamlar

 

Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Astara rayonunda da bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 33,4 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 38,0 dəfə artmış, Modul tipli Elektrik stansiyası, Astara Qaz-Kompressor stansiyası, Olimpiya İdman Kompleksi, Gənclər evi, Boks-idman Mərkəzi inşa olunmuş, təhsil, səhiyyə, mədəniyyət, və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Astara şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 sentyabr 2013-cü il.

 

Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. On iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2013-cü il.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ASTARA RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

SƏRƏNCAMI

 

Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat işi aparmaq

məqsədilə 76 saylı Lənkəran-Astara və 77 saylı Astara Seçki

Dairələri üzrə yığıncaqların və mitinqlərin keçirilməsi üçün

 açıq və qapalı yerlərin müəyyən edilməsi

HAQQINDA

 

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin VI bəndinə əsasən yığıncaqların, mitinqləırin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq İcra hakimiyyəti orqanı tərəfindən xüsusi yerlər ayrılmalıdır.

“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 11 may 2005-ci il tarixli Sərəncamın 8-ci maddəsinə istinad edərək

QƏRARA  ALIRAM:

1. Vətəndaşların, siyasi partiyaların və ictimai birliklərin yığıncaqların və mitinqlərin müəyyən edilmiş qaydalara uyğun keçirilməsi və təşviqat işlərinin aparılması üçün aşağıda göstərilən yerlər ayrılsın.

 

N

Tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş yerlər

Qapalı

Açıq

Təşviqat işləri üçün

1

Astara şəhəri S.Vurğun küçəsi 295-də yerləşən Kələdəhnə mədəniyyət evi

Astara şəhəri S.Vurğun küçəsi 295-də yerləşən Kələdəhnə mədəniyyət evinin qarşısındakı meydan

Astara şəhəri S.Vurğun küçəsi 295-də yerləşən Kələdəhnə mədəniyyət evinin qarşısında

2

Kijəbə qəsəbə mədəniyyət evi

Kijəbə qəsəbə mədəniyyət evinin qarşısındakı meydan

Kijəbə qəsəbə mədəniyyət evinin qarşısında

3

Ərçivan qəsəbə mədəniyyət evi

Ərçivan qəsəbə mədəniyyət evinin qarşısındakı meydan

Ərçivan qəsəbə mədəniyyət evinin qarşısında

4

Şuvi  kənd mədəniyyət evi

Şuvi  kənd mədəniyyət evinin qarşısındakı meydan

Şuvi  kənd mədəniyyət evinin qarşısında

5

Suparibağ  kənd mədəniyyət evi

Suparibağ  kənd mədəniyyət evinin qarşısındakı meydan

Suparibağ  kənd mədəniyyət evinin qarşısında

6

Artupa  kənd mədəniyyət evi

Artupa  kənd mədəniyyət evinin qarşısındakı meydan

Artupa  kənd mədəniyyət evinin qarşısında

7

Hamoşam  kənd mədəniyyət evi

Hamoşam  kənd mədəniyyət evinin qarşısındakı meydan

Hamoşam  kənd mədəniyyət evinin qarşısında

8

Pəlikəş kənd mədəniyyət evi

Pəlikəş kənd mədəniyyət evinin qarşısındakı meydan

Pəlikəş kənd mədəniyyət evinin qarşısında

9

Təngərüd  kənd mədəniyyət evi

Təngərüd  kənd mədəniyyət evinin qarşısındakı meydan

Təngərüd  kənd mədəniyyət evinin qarşısında

10

Motlayataq  kənd mədəniyyət evi

Motlayataq  kənd mədəniyyət evinin qarşısındakı meydan

Motlayataq  kənd mədəniyyət evinin qarşısında

11

Siyaku  kənd mədəniyyət evi

Siyaku  kənd mədəniyyət evinin qarşısındakı meydan

Siyaku  kənd mədəniyyət evinin qarşısında

12

Şiyəkəran kənd mədəniyyət evi

Şiyəkəran kənd mədəniyyət evinin qarşısındakı meydan

Şiyəkəran kənd mədəniyyət evinin qarşısında

13

Kakalos kənd mədəniyyət evi

Kakalos kənd mədəniyyət evinin qarşısındakı meydan

Kakalos kənd mədəniyyət evinin qarşısında

14

Pensər  kənd mədəniyyət evi

Pensər  kənd mədəniyyət evinin qarşısındakı meydan

Pensər  kənd mədəniyyət evinin qarşısında

15

Şahağac kənd mədəniyyət evi

Şahağac kənd mədəniyyət evinin qarşısındakı meydan

Şahağac kənd mədəniyyət evinin qarşısında

 

2. Sərəncam “Astara” qəzetində dərc edilsin.

3. Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etsin.

 

 

Qəzənfər Ağayev

Astara rayon İcra hakimiyyətinin başçısı

Astara şəhəri, 06 sentyabr 2013-cü il

 
 
 

 

Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 15 iyul 2013-cü il.

__________________________________________________________________________________

 

 

Q.A.Ağayevin Astara rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Qəzənfər Arif oğlu Ağayev Astara rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri

       14 aprel 2012-ci il.

 

Keçidlər