Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astaranın 41 qəhrəman övladı

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Astaranın 41 qəhrəman övladı

Orucov Nail Rəfail oğlu 1978-ci ildə iyunun 11-də Məsçitməhəllə kəndində  anadan olub. 1992-ci ildə Cəmşid Naxçıvanski adına liseydə təhsilini davam etdirmiş, 1995-ci ildə isə Bakıda Ali Birləşmiş Komandanlıq Məktəbində “Taktiki motoatıcı qoşunları” ixtisası üzrə təhsil alıb.

Hərbi işdə həmişə öznü doğruldan Nail motoatıcı tağım komandiri, bölük komaniri, taborun qərargah rəisi, tabor komandiri və hərbi hissədə komendantın maddı-texniki təminat üzrə müavini vəzifələrində çalışaraq polkovnik-leytenant rütbəsinə qədər ucalıb.

2016-cı ildə can-başla xidmət etdiyi hərbi qulluq müddəti başa çatıb və ehtiyyata buraxılıb. Sentyabrn 28-də Müdafiə Nazirliyinə etdiyi müraciətə əsasən çağırış vərəqəsi alır.

Sentyarın 29-da vüqarla, qisas arzusu ilə Vətən müharibəsinə qatılır.

Müharibədə fədakarcasına cəsurluq etmiş və döyüşlərdə eyni zamanda CəbrayılınHadrut qəsəbəsininFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə  fəallıq göstərmiş cəsur həmyerlimiz Nail Orucov oktyabrın 30-da Qubadlının Qanlı təpəsində şəhidlik  məqamına yetişməklə 3 oğlunu Vətənə əmanət qoydu.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən polkovnik-leytenant  Nail Rəfail oğlu Orucov ölümündən sonra “Azərbaycan bayrağı” ordenı, ”Vətən uğrunda”, ”Qubadlının azad edilməsinə görə“ və “Cəbrayılın azad ounmasına görə” medalları ilə təltif edilib.

Hüseynov Şahnur Şahin oğlu 1991-ci il noyabrın 30-da Ərçivan qəsəbəsində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi lisey və Heydər Əliyev adına Ali hərbi məktəbində təhsil alıb.

Tabor komandiri,taborun qəraragah rəisi,xidmətdə fərqləndiyinə görə batalyon tağım komandiri kimi vəziflərdə işləmişdi.

Füzuli rayonunun azad olunmasında iştirak etmiş, kapitan Şahnur Hüseynov Vətən müharibəsinin ilk şəhidlərindəndir. Yeganə körpəsi şəhidin Vətənə əmanətidi.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra kapitan Hüseynov Şahnur Şahin oğlu “Azərbaycan bayrağı” ordenı, “Vətən uğrunda”, ”İgidliyə görə”, ”Füzulinin azad olunmasına görə“ medalları ilə təltif edilib.

Xəlilov Nadir Ağadadaş oğlu 1984-cü il noyabrın 3-də Artupa kəndində  anadan olub. 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sonralar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  tank qoşunları üzrə gizirlərin 6 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş tank üzrə hərbi qulluqçu kimi “N” saylı hərbi hissədə xidmətə başlamışdır.

2016-cı ilin Aprel döyüşlərində Lələtəpənin alınmasında şücaət göstərdiyinə görə baş gizir rütbəsi və  “Azərbaycan Silahlı Qüvvələrinin 100 illik medalı”  ilə təltif edilib.

Vətən müharibəsində igid tankçı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Sentyabrın 30-da idarə etdiyi tank alovlanmış ,həmyerlimiz qəhrəmanlıqla şəhid olmuşdur. Qəhrəman şəhidimizin iki övladı ömür boyu atalarının adı ilə qürur duyacaqlar.

Ölümündən sonra gizir Xəlilov Nadir Ağadadaş oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordenı, “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib

Bağırzadə Sadiq Şahin oğlu 2002-ci il aprelin 15-də Ərçivan qəsəbəsində dünyaya göz açmış,2020-ci ilin mayın 22-də hərbi xidmətə getmişdir. Ana Vətənin üstünə qara buludlar çökəndə gənc kəşfiyyatçı Vətənin müdafiəsinə qalxıb. Sentyabrın 30-da Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə gənc ömrü xəzana dönür.

19  yaşlı şəhidimiz Bağırzadə Sadiq Şahin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən “Azərbaycan bayrağı” ordenı,  “Cəsur döyüşçü”, ”Vətən uğrunda” medalları ilə təltif edilib.

Fərəcov  Kamran Qılman oğlu 1978-ci il yanvarın 14-də Səncərədi kəndində anadan olub. O, ”Ali birləşmiş komandanlıq məktəbinin “Taktiki tank qoşunları “ fakültəsini bitirib, 1999-cu ildə Bakıda “N” saylı hərbi hissədə tağım komandiri kimi fəaliyyət göstərib.Sonralar Ağdam, Gəncə, Goranboy rayonlarında fəaliyyətini davam etdirib. 2011-ci ildə səhhəti ilə əlaqədar ehtiyata buraxılıb. Mayor Kamran Fərəcov ehtiyatda olan zabit kimi gənc hərbçilərdən tövsiyələrini heç zaman əsirgəməyib. Vətən müharibəsidə  döyüş yolları Füzuli, Cəbrayıl və Qubadlıdan keçən mayor Kamran Fərəcov Qubadlının alınması zamanı qəhrəmancasına şəhid olmuşdur. Özündən sonra yadigar qalan, canı qədər sevdiyi əkizləri şəhid ataları ilə qürur duyurlar. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamına əsasən mayor  Fərəcov  Kamran Qılman oğlu 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”,”Cəbrayılın azad olunmasına görə“ və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Əbdülov Elnur Qədir oğlu 2002-ci il aprelin 23-də Şümrüd kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. İgid əsgər xidmətdə olarkən Vətən müharibəsi qatılıb və döyüşlərdə cəsurluğu ilə seçilib.

Cəsur əsgər Əbdülov Elnur Qədir oğlu 28 sentyabrda Murovdağ istiqamətində gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 2 oktyabrda Sipyəpart kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Vətənin igid oğlu Əbdülov Elnur Qədir oğlu Prezident İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni,  “Vətən uğrunda” və “Cəsur döyüşçü “ medalları ilə təltif edilib.

Feyziyev Əli Malik oğlu 11 iyul 1994-cü ildə Ərçivan qəsəbəsində anadan olub. Vətən müharibəsinin könüllü iştiakçılarından olan igid həmyerlimizin döyüş zamanı çox fədakarlıqları olub,yaralıları çiynində daşıyan Əli döyüş yoldaşlarına həmişə qayğıkeşlik göstərib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə yaralanmış və noyabrın 10-da şəhid olmuşdur. Şəhidin iki körpəsi yadigar qalıb.

Əli Mahir oğlu Feyziyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, ”Xocavəndin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Kazımov İlkin Xanməmməd oğlu 4 avqust, 1995-ci ildə Artupa kəndində anadan olub. O,həqiqi hərbi xidmətdən sonra 3 ilə yaxın müddətdən artıq hərbi xidmətdə olmuşdur. Kəşfiyyatçı İlkin Kazımov Vətən müharibəsində Ağdərə və Tərtər istiqamətində döyüşlərə qatılmış, sentyabrın 28-də qəhrəmancasına şəhidlik məqamına ucalmışdır. İlkin Kazımovun iki körpəsi indi şəhidimizin ömür dastanını dinləyərək böyüyür.

Ölümündən sonra gizir  Kazımov İlkin Xanməmməd oğlu Prezident İlham Əliyevin Sərəncamına əsasən  “Vətən uğrunda “, “Suqovuşanın azad olunmasına görə”, ”Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Əliyev Ruslan Aslan oğlu 2000-ci il aprelin 8-də Ərçivan qəsəbəsində doğulub. 2018-ci ildə Goranboy, Mingəçevir, Tərtər bölgələrində hərbi xidmətdə olub. 2020-ci ildən müddətdən artıq hərbi xidmətdə olan Ruslan Əliyev Vətən müharibəsində Tərtərin Ağdərə istiqamətində yerləşən yaşayış məntəqələrinin azad edilməsində ifəallıq göstərib. Erkən yaşlarından boksla məşğul olan, rayon,zona və respublika yarışlarında uğurlar qazanan RuslanTalış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra MAHHXHQ əsgəri Əliyev Ruslan Aslan oğlu Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Quliyev Tərlan Mehman oğlu  26 yanvar 2000-ci ildə Ərçivan qəsəbəsində dünyaya gəlib.2018-ci ilin yanvarında Tərlan Xızı rayonunda  hərbi xidmət keçib. Hərbi xidmətdən sonra hər cür zəhmətə qatılaraq ata-anasına dəstək olub.

Ermənilərin əks-hücum əməliyyatı Tərlanı da narahat edirdi. Ona görə də 44 günlük Vətən müharibəsinə könüllü qatılan Tərlan Quliyev döyüşlərdə böyük cəsarət nümayiş etdirdi .

Füzulinin, Cəbrayılın neçə-neçə yaşayış məntəqəsinin düşmən tapdağından  azad edilməsində iştirak edən Tərlan 13 oktyabrda Cəbrayıl rayonunun strateji nöqtəsi olan “Pullan” zirvəsinin təmizlənməsi əməliyyatı zamanı əbədiyyətə qovuşmuşdur.

Ərçivanın qəhrəman övladı ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən  “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib .

Səttarov Səxavət Qüdrət  oğlu  2001-ci il iyul ayının 15-də Artupa kəndində anadan olub.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.

Səxavət Səttarov  Vətən müharibəsində iştirak edən igid əsgərlərdən biri kimi  Ağcabədinin Xocavənd kəndində qəlpə yarasından ağır yaralanmış, noyabrın 6-da şəhidlik zirvəsinə çatmışdır.

Qəhrəman şəhidimiz Səttarov Səxavət Qüdrət  oğlu  Prezident İlham Əliyevin  Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilişdir.

Rəhmanov Samiq Rizvan oğlu 1990-cı il yanvarın 3-də Alaşa kəndində dünyaya gəlib.Orta məktəbi bitirəndən sonra 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2010-cu ildə hərbçi peşəsinə marağı olduğundan müddətdən artıq hərbi xidmətdə çalışıb.

Aprel döyüşlərində təcrübə qazanan və baş çavuş rütbəsi alan igid həmyerlimiz Vətən mühariəsində tank qoşunları tərkibində Füzulinin azad olunması uğrunda döyüşmüş, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdir.

Samiq Rəhmanov oktyabrın 25-də Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə mərmi partlaması nəticəsində şəhidlik məqamına çatmışdır.

Vətənə 3 övlad yadigar qoyan MAHHXHQ-nın çavuşu Rəhmanov Samiq Rizan oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə” və ”Füzuinin azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.

Rəhimov Nurlan Əlövsət oğlu 1981-ci il noyabrın 22-də Astara şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə gedən Nurlan daha sonra müddətdən artıq hərbi xidmətdə Vətən üçün çalışıb. İgid həmyerlimiz sentyabrın 27-də başlayan döyüşlərdə iştirak etmiş, Xocavənd istiqamətində -Üçtəpə yüksəkliyində sentyabrın 30-da şəhid olub. Vətən müharibəsində tank əleyhinə idarə olunan raketlə düşmənin çoxlu canlı qüvvəsini məhv edən, xalqımıza iki övlad əmanət buraxan  kiçik çavuş Nurlan Əlövsət oğlu Rəhimov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məmmədov Elkiyar Abdulla oğlu 1992-ci il avqustun 7-də Ərçivanda anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayıb.

Üç övladını canından çox sevən, Vətənə məhəbbəti isə hər şeydən üstün tutan Elkiyar ömrünün 8 ilini hərbçi peşəsində çalışıb.

Aprel döyüşlərinin iştirakçısı olan Elkiyar Məmmədov  noyabrın 1-də Xocavənddə-Qırmızı bazar tərəfdə minalanmış ərazidə əsgərlərə maşınla yemək apararkən şəhidlik məqamına ucalıb. Ölümündən sonra Respublikamızın Prezidentinin Sərəncamı ilə şəhid MAHHXHQ əsgəri Elkiyar Abdulla oğlu Məmmədov “Vətən uğrunda”, “Füzulinin  azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cahangirov Rauf Xəyyam oğlu 1998-ci il avqustun 31-də Maşxan kəndində  anadan olub. O, Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin məzunu idi. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıdan Rauf qismən səfərbərlik elan edildikdən sonra Vətən müharibəsinə yollanır.

Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, noyabrın 2-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Vətənin fədakar oğlu Cahangirov Rauf Xəyam oğlu ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü”, ”Füzulinin azad ounmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nəhmətov Telman Təyyar oğlu 1990-cı il aprelin 29-da Alaşa kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını hərbçi peşəsinə bağlayıb. Təcrübəli hərbçi Vətən müharibəsində döyüşə Füzulidən başlayaraq düşmənə sarsıdıcı zərbələr endirməklə Suqovuşan, Zəngilan, Qubadlı istiqamətində qəhrəmanlıqla  vuruşaraq, düşmənin hərbi-sursat bazalarının dağıdılmasında igidlik göstərmişdir. Özündən sonra bir övladı yadigar qalan Telman Nəhmətov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra MAHHXHQ-nın kiçik çavuşu Nəhmətov Telman Təyyar oğlu ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ağayev Ramiq Təhsin oğlu 1992-ci il fevralın 12-də Alaşa kəndində doğulub. O, ordu sıralarından qayıdandan sonra müddətdən artıq hərbi xidmətdə fəaliyyətə başlayıb. 2009-cu ildə Bakıda Gizirlər hazırlayan Təlim-Tədris Mərkəzində 6 aylıq kursu bitirəndən sonra çox sevdiyi tankçı peşəsinə yiyələnib.

Sentyabrın 27-də düşmənə qarşı əks hücum əməliyyatı zamanı döyüşlərə qatılan tank komandiri Ramiq Ağayev tabeliyində olan tankçılarla düşmənin istehkam qurğularını,məntəqələrini, çoxlu canlı qüvvəsini məhv etmişdir. Cəbrayılın alınması uğrunda gedən qızğın döyüşlərdə qorxmaz döyüşçü ağır yaralanır, 13 gündən sonra oktyabrın 19-da Vətən uğrunda şəhid olur. Ömrünün 10 ildən çoxunu qəlbən bağlandığı hərbçi peşəsinə həsr edən, özündən sonra 3 uşağı yadigar qalan  Ramiq Təhsin oğlu Ağayev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əlizadə Mirzəhəsən Şahin oğlu 1992-ci il dekabrın  11-də Alaşa kəndində dünyaya gəlib. Orta ixtisas təhsillidir. 2009-cu ildə həqiqi hərbi xidmətə gedən Mirzəhəsən 2017-ci ildən müddətdən artıq hərbi xidmətə başlayıb.

Mirzəhəsən Əlizadə  Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın azad olunmasında xidmət etdiyi “Həmlə” taborunda böyük qəhrəmanlıq göstərmişdir.

Həmyerlimiz oktyabrın 25-də Füzulinin Kürdlər kəndində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra qəhrəman döyüşçü MAHHXHQ əsgəri Əlizadə Mirzəhəsən Şahin oğlu Prezident İlham Əliyevin Sərəncamına əsasən  “Vətən uğrunda”, ”Cəsur  döyüşçü”, ”Cəbraylın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ramazanov Rövşən Qardaşxan oğlu 1995-ci il aprelin 14-də Kijəbə qəsəbəsində  anadan olub. 2013-cü ildə hərbi xidmətə çağırlıb. Vətən müharibəsi başlananda evdə oturmağı qeyrətinə sığışdırmayan Rövşən çağırış vərəqəsinin ona nə vaxt gələcəyini səbirsizliklə gözləyirdi.

Nəhayət, oktyabrın 9-da Ağcabədidə təlimlərə başladı. Ailəsi ilə sonuncu danışığı isə oktyabrın 26-da olur. Oktyabrın 27-də Xocavənddə-Qırmızıbazar qəsəbəsində düşmən minomyotundan açılan mərmilərin partlamasından ağır yaralanan Rövşənin həyatını xilas etmək mümkün olmur. O, şəhidlik məqamına yüksəlir. Döyüşlərdə igidlik və şücaət nümayiş etdirən Ramazanov Rövşən Qardaşxan oğlu ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, ”Xocavəndin azad edilməsinə görə”, ”Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə“ medalları ilə təltif edilib.

Əliyev Ramin Muxtar oğlu  1977-ci il fevral aının 4-də Maşxan kəndində  anadan olub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. Hərbçi olmaq arzusu ilə həqiqi hərbi xidmətdən sonra müddətdən artıq hərbi xidmətdə qalmaq üçün müqavilə imzalayıb. Ömrünün 22 ilini Vətənə sədaqətlə xidmət etmiş cəsur həmyerlimiz Vətən müharibəsində bir çox əməliyyatlarda cəsurluq göstərmiş  və sentyabrın 30-da Suqovuşanda şəhidlik məqamına ucalmışdır. Özündən sonra 2 oğlunu əmanət qoyan MAHHXHQ-nin əsgəri Ramin Əliyev ölümündən sonra Respublikanın Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə “medalları ilə təltif edilib.

Ağayev Əhəd Bilal oğlu 1986-cı ildə Motlayataq kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ordu sıralarında kiçik çavuş kimi minaatan komandasında xidmət edib.

Vətən müharibəsi başlananda Əhədin də qəlbi torpaqlarımızı azad etmək arzusu ilə çırpındığından min bir diləklə Vətənin harayına gedir. O, Füzulinin, Cəbrayılın azad olunmasında  qəhrəmancasına vuruşub. Noyabrın 1-də Qubadlı istiqamətində gedən döyüşlərin birində başından ağır yaralanır və canından çox sevdiyi Vətən yolunda şəhidlik məqamına ucalıb.

Özündən sonra 3 övladı yadigar qalan, qəhrəman döyşçü Ağayev Əhəd Bilal oğlu ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hacıyev Kənan İmran oğlu 2001-ci il noyabrın 17-də Motlayataq kəndində dağlar qoynunda dünyaya gəlib. Orta ixtisas təhsilini başa vurduqdan sonra 2020-ci ilin 24 yanvarında Füzuli rayonunun Alxanlı kəndində hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən bir çox ağır döyüşlərdə iştirak dən cəsur əsgər Kənan Füzulinin Seyidəhmədli və Xocavəndin kəndlərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib.

Hacıyev Kənan oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gəlib və müqəddəs Vətən torpağını qucaqlayaraq əbədiyyətə qovuşub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, ”Füzulinin azad edilməsinə görə”, ”Xocavəndin  azad olunmasına görə” medalları ilə təltif edilib.

Fərəməzov Nurlan Əhliman oğlu 1992-ci il mayın 1-də Təngərüd kəndində işıqlı həyata göz açıb. Azərbaycan Tibb Universitetinin məzunu Nurlan 2015-ci ildə Gədəbəy və Qazax rayonlarında məntəqə-tibb xidməti rəisi vəzifəsində çalışıb.

2020-ci ilin avqust ayında öz istəyi ilə tərxis olunur. Ehtiyatda olan zabit sentyabrın 29-da könüllü Vətənin harayına qalxır. Əvvəlcə Ağcabədidə fəaliyyət göstərir, sonra müharibə bölgəsinə təyin olunur. Cəbrayıl uğrunda gedən qızğın döyüşlərdə hərbi həkim çox yaralının harayına çatır, onlara ilk yardım göstərir, ölümün pəncəsindən alır.

Oktyabrın 9-da düşmən minomyotundan açılan mərmilərin partlaması zamanı Nurlan komandiri olduğu əsgərlərə yerə uzanmağı əmr edir. Toz-duman çəkiləndən sonra hər kəsin harayına çatan Nurlan Fərəməzov başından aldığı yara ilə əbədiyyətə qovuşur. Tibb xidməti baş leytenantı  hərbi həkim Nurlan Fərəməzov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Qeybiyev Arif İsmail oğlu 1997-ci, iyunun 6-da Səncərədi kəndində anadan olub. Astara Peaqoji Kollecinin Fiziki tərbiyə fakultəsinin  məzunu olan qəhrəmanımız 2016-cı ildə həqiqi həri xidmətə çağırılıb. Ordudan tərxis olunandan sonra 2019-cu il yanvarın 7-də müddətdən artıq hərbi xidmətdə qalmaq üçün müqavilə imzalayır.

Vətən müharibəsində özünəməxsus döyüş yolu olan Arif son mesajıda yazır: “Yaşasın Azərbaycan, Vətən sağ olsun! ”

IV İslam oyunları olimpiadasının məşəlini Astarada alovlandırmış, yüngül atletika üzrə yarışların qalibi, Vətən müharibəsində qəhrəmancasına döyüşən tankçılardan olan Arif düşmən snayperinə tuş gəlir və əbədiyyətə qovuşur .

Füzulinin azad olunması zamanı şəhidlik zirvəsinə  ucalmış, MAHHXHQ-nin əsgəri Qeybiyev Arif İsmayıl oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəfərov Əli Bəyulla oğlu 1993-cü il avqustun 29-da Maşxan kəndində dünyaya gəlib.

2010-cu ildə ordu sıralarına çağrılıb. Ağdamın Xındırıstan kəndində “N” saylı hərbi hissədə xidməti borcunu qüsursuz başa vuran Əli əmək fəaliyyətinə başlayıb.

Ölkədə baş vermiş Aprel döyüşləri, Tovuz hadisləri bütün vətənpərvər gənclər kimi onu da təsirləndirib. O: “əgər müharibə baş versə, könüllü gedəcəyəm“, - deyirmiş. İgid həmyerlimiz istəyinə çatır. Vətən müharibəsində döyüş yoldaşları ilə Talış,Suqovuşan yaşayış məntəqələrinin, Murovdağ 3340 yükəkliyinin, Ağdərə şəhərinə giriş üçün açar rolunu oynayan 530, 457, 951 yüksəkliklərinin alınmasında böyük qəhrəmanlıq göstəriblər. Noyabrın 4-də Suqovuşan istiqamətində 854 yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan igidlərdən biri də müharibəyə könüllü qatılan fədakar həmyerlimiz Əli olub.

Tərtər əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlısı Əli Bəyulla oğlu Cəfərov ölümündən sonra  Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Əhmədov Nihad Fuad oğlu 7 sentyabr 2000-ci ildə Alaşa kəndində anadan olub.Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat kollecinin poçt şöbəsinin məzunu Nihad Əhmədov 2018-ci ilin oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb. Ordu sıralarında xidmətini başa vurduqdan  sonra 2020-ci ildə MAHHX-a yazılır. Hərbi fəaliyyətə Goranboyda “Həmlə” taborunda başlayır.

İşğalçı erməni ordusuna qarşı əks-hücum əməliyyatı zamanı döyüşə atılan igid həmyerlimiz Tərtər,Ağdərənin Talış kəndindən başlayaraq  Murovdağ zirvəsi, Suqovuşanın azad olunmasında fəallıq göstərib. Cəsur döyüşçü “Qlobus”koordinatı deyilən yüksəklikdə düşmənlə əlbəyaxa döyüşərək xeyli canlı qüvvəni məhv etmişdir.

Zəngilanın, Kəlbəcərin və “Pişikqaya” deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir.

İgid həmyerlimiz oktyabrın 10-da Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. MAHHXHQ-nin əsgəri Əhmədov Nihad  ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Vətən uğrunda “medalları ilə təltif edilib.

Babazadə Xaqani Anar oğlu 13 fevral 2001-ci ildə Kijəbə qəsəbəsində  anadan olub. 2018-ci ldə orta məktəbi bitirib. 2019-cu il aprelin 23-də həqiqi hərbi xidmətə çağırılıb.

Vətənpərvər gənclərdən biri kimi Vətən müharibəsi zamanı Xaqaninin döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənddən keçib. Oktyabrın 30-da sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb.

Qəhrəman əsgər noyabrın 6-da şəhidlik məqamına ucalıb. Nəslin əziz xələfi olduğu kimi şəhidliyi ilə də tarixini yazdı.

Xaqani Anar oğlu Babazadə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə“ medalları ilə təltif edilib.

Babayev Orxan Sədail oğlu 1994-cu il dekabrın 24-də Kijəbə qəsəbəsində anadan olub. Hərbiyə olan marağından 10 il idi ki, müddətdən artıq hərbi xidmətdə fəaliyyət  göstərirdi.

Vətən müharibəsində Orxan tank əleyhinə minomyotçu olub. İgidlərimiz Şuşaya qalxanda keçilməz yolları hər iki əlində qumbara ilə qalxan Orxan 24 nəfərlik heyəti ölümdən xilas edib. Orxan Babayev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra XTQ-nin “Yarasa” qrupunun qəhrəman döyüşçüsü, baş çavuş Orxan Sədail oğlu Babayev Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə “ medalları ilə təltif edilib.

Babazadə Məhəmməd Cavanşir oğlu 1997- ci il mayın 5-də Marzəsəy kəndində anadan olub. Orta təhsildən sonra Dövlət Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət keçib. 2016-cı ildə müddətdən artıq Hərbi xidmətdə çalışmaq arzusu ilə Silahlı Qüvvələrin Təlim Tədris mərkəzində 2 aylıq (“PDM2”) mexanik kursunu bitirib. Hərbçi kimi fəaliyyətə Beyləqanda başlayıb. Vətənin keşiyində durmağı özünə şərəf sayan qəhrəmanımız  Vətən müharibəsində iştirak edir. Sentyabrın 28-də Babazadə Məhəmməd Füzulinin azad olunması uğrunda gedən qızğın döyüşlər zamanı fədakarlıq göstərən cəsur həmyerlimiz əbədiyyətə qovuşur.

MAHHXHQ-nin kiçik çavuşu Məhəmməd Babazadə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, ”Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə“ medalları ilə təltif edilib.

Ağayev Zülfü Ağali oğlu  1977-ci il fevralın 1-də Vaqo kəndində anadan olub. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırlııb. Ordudan tərxis olunandan sonra müddətdən artıq hərbi xidmətdə ilk dəfə Naxçıvanda fəaliyyətə başlayıb .

Vətən müharibəsində qəhrəmanlıqla döyüşən həmyerlimiz sentyabrın 27-də şirin canını Vətən uğrunda qurban vermişdir.

Əmanət qoyduğu madər övladı şəhid atası ilə  qürur duyur.

Baş gizir Zülfi Ağalar oğlu Ağayev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə ”Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

İbrahimov İlqar Elçin oğlu 2002-ci il iyunun 25-də Taxtanəkaran kəndində sadə zəhmətkeş bir ailədə həyata göz açıb. 2020-ci il iyunun 15-i İqarın həyatında ən xoşbəxt gün olub. Çünki uşaqlıqdan geyindiyi “yalançı” əsgər paltarından fərqli olaraq həqiqi əsgər geyimində Vətənin qulluğunda durur. Milli ordumuzun kəşfiyyatçı döyüşçüsü Goranboyda xidmət edərkən xəbis düşmən ölkəmizə qarşı hücum əməliyyatına başladı. İlqar da orta məktəbdə söylədiyi “qardaşım Mübariz İbrahimovun yarımçıq işini-düşməndən qisası mən alacağam”,-sözlərini xatırlayaraq Vətənin harayına qalxdı.

Cəsur döyüşçü oktyabrın 3-də Suqovuşanda gedən qızğın döyüşlərdə ağır yaralanır. Xəstəxanaya aparılsa da çoxlu qan itirdiyindən əbədiyyətə qovuşur.

Vətənin müdafiəsi uğrunda şəhidlik şərbətini içən  İlqar Elçin  oğlu İbrahimov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda“, ”Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Cəfərzadə Tarif Qədim oğlu 2002-ci ildə yanvarın 1-də Pəlikəş kəndində  anadan olub. 2019-cu ildə orta məktəbi başa vurub. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda igid əsgərlərdən biri kim Tarif  də Vətənin harayına qalxır, müharibədə fədakarlıq göstərir. Döyüşlərlə bağlı evdəkilərə heç bir məlumat verməyən Tarif yalnız “narahat olmayın, hər şey yaxşıdır”,-deyirmiş

Torpaqlarımızın düşmən tapdağından azad olunması zamanı qartal kimi savaşa atılan  igid həmyerlimiz  qəhrəmancasına döyüşərək  Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.

Ölümündən sonra əsgər Tarif Cəfərzadə  Respublikamızın Prezidenti  İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Eyvazov Rəşad Babək oğlu 2002-ci il iyulun  20-də Pəlikəş kəndində anadan olub. Atasını çox erkən itirmiş Rəşad orta məktəbi tamamlamadan zəhmətə qatlaşıb. Elə əmək fəaliyyətində olarkən 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu yerinə yetirərkən Vətən müharibəsinin iştirakçısı olan Rəşadın döyüş yolları Füzuli, Xocavənd, Cəbrayıl istiqamətindən keçir. Vətən müharibəsində cəsurluqla vuruşan həmyerlimiz oktyabrın 19-da Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. İgidliyi ilə ad qazanan Rəşad Eyvazov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, ”Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” və ”Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qasımov Baba Əhməd oğlu 1989-cu il noyabrın 1-də Ərçivan qəsəbəsində anadan olub. Üç bacının yeganə qardaşı,evin sonbeşiyi olan Baba orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır. Vətən qarşısında borcunu yerinə yetirərkən gələcək taleyini müəyyənləşdirir. Ordudan tərxis olunandan sonra 2014-cu il iyunun 17-də müddətdən artıq hərbi xidmətdə fəaliyyətə başlayır. 2016-cı ildə Aprel döyüşlərində uğurlu fəaliyyəti ilə fərqləndiyinə görə medallarla təltif edilir.

Təcrübəli hərbçi Vətən müharibəsində işğal altında olan əraziərin düşməndən azad edilməsində də fədakarcasına döyüşüb. Oktyabrın 21-də Qubadlıda qızğın döyüşlər gedən zaman o, üç övladını Vətənə əmanət buraxaraq şəhidlik zirvəsinə ucalıb.

Ömrünün 31-ci ilində Vətən yolunda canını fəda edən Azərbaycan ordusunun giziri Baba Qasımov ölümündən sonra Azrbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”,”3-cü dərəcəli Vətənə xidmətə görə”, ”Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Səmədov Samir Mətləb oğlu  2002-ci il yanvarın 18-də Pensər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Samir Tərtərdə xidməti borcunu yerinə yetirərkən düşmənin əks hücumuna qarşı müharibə başlayır. Valideynləri ilə telefonla əlaqə saxlayan Samir onlar üzülməsin deyə həmişə “narahat olmayın postdayam” desə də, əslində qızğın döyüşlərin içində şücaət göstərirmiş.

Qardaşı Röyal Səmədov da Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdandır.

Cəsur həmyerlimiz Samir Səmədov Tərtərin Talış kəndinin 530-cu yüksəkliyində oktyabrın 2-də minomyotdan açılan mərminin partlaması zamanı şəhidlik məqamına ucalıb.

Ailənin sevimlisi mərd, zəhmətkeş oğlu ölümü ilə qəlblərdə yanğı qoydu. Düz bir aydan sonra igid həmyerlimizin nəşi doğulduğu kənddə torpağa tapşırıldı.

İgid həmyerlimiz Səmədov Samir Mətləb öğlu ölümündən sonra  Prezident İlham Əliyevin  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Zəkiyev Rameş Gülverdi oğlu 27 iyun 2001-ci ildə Şahağacı kəndində doğulub. Ailənin ilki nübar övladı olan Rameş hələ uşaq ikən atasını itirib. Ata nəvazişindən məhrum olan yeniyetmə həm anasına, həm də özündən kiçik bacısına həmdəm olub, şən zarafatları ilə onları qəm qüssədən uzaq tutub.

O, orta məktəbi bitirəndən sonra Ağdamın Baharlı kəndində hərbi xidmətdə olub. Vətən müharibəsi başlananda igid əsgər cəsurcasına döyüşlərə qatılıb. Minaatan kimi fəaliyyət  göstərib. Hərbi sirrini, döyüşdə baş verənləri taleyikəm anasından həmişə gizlin saxlamış Rameş oktyabrın 15-də Ağdamın Hacıməmmədli kəndində düşmən minomyotundan düşən mərminin partlaması nəticəsində şəhidlik  zirvəsinə ucalıb.

Zəkiyev Rameş Gülverdi oğlu ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Nəhmətov Vüsal Üzeyir oğlu 1987-ci il oktyabrın 2-də Alaşa kəndində dünyaya gəlib. 3 bacının yeganə qardaşı kimi elə uşaqlıqdan ailənin sevimlisi olub. Hərbi xidmətdən sonra hərbçi peşəsinə maraq  göstərdiyindən üçillik müqavilə imzalayaraq Vətənə xidmət etməyə başlayıb. Bakıda Təlim-Tədris Mərkəzində 6 aylıq kursdan sonra gizir Vüsal Nəhmətov tank komandiri kimi öhdəsinə düşən vəzifəni yerinə yetirir.

Vətən müharibəsi başlananda bütün Vətən aşiqləri kimi igid həmyerlimiz də döyüşlərdə iştirak edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş Vüsal Füzulinin azad olunmasında cəsurluq göstərib. Daşaltı kəndində gedən mübarizədə  döyüş əməliyyatını yerinə yetirən qəhrəmanımız  11 nəfər heyətlə birlikdə oktyabrın 4-də şəhidlik şərbətini içib.

Özündən sonra iki övladını  Vətənə əmanət buraxan gizir Vüsal Üzeyir oğlu Nəhmətov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif edilib.

Salmanzadə Pərvin Təbriz oğlu 1991-ci il sentyabrın 17-də Pensər kəndində işıqlı həyata göz açmaqla madar oğul övladı kimi əzizlərinə bir dünya sevinc bəxş edib. Orta təhsildən sonra Pərvin Naxçıvanda Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.

Vətən müharibəsi başlananda könüllü döyüşlərə qatılan igid həmyerlimiz  döyüş əməliyyatlarında fəallıq göstərir,cəsur döyüşçü kimi tanınır.

O, düşməndən qisas almaq arzusu ilə Qubadlı, Hadrut, Füzuli, Zəngilan, Xocavənd, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə son nəfəsinədək savaşmaqla qəhrəmanlıq göstərib. İgid həmyerlimiz Pərvin Təbriz oğlu Salmanzadə noyabrın  5-də əbədiyyətə qovuşarkən əlini Şuşaya tərəf uzadıb “Bilirdim  ki, Şuşa bizim olacaq”-söyləyib.

Vətənə 5 övladını əmanət buraxan qəhrəman döyüşçümüz  MAHHXHQ –nin əsgəri Salmanzadə Pərvin Təbriz oğlu  ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”,”Cəsur döyüşçü”,”Xocavəndin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Novruzov Şəhnin Şahlar oğlu  1998-ci il fevralın 3-də Səncərədi kəndində dünyaya gəlib. 2016-2017-ci illlərdə həqiqi hərbi xidmətdə olaraq Vətən qarşısında borcunu ödəyib. 2020-ci il sentyabrın 28-də qismən səfərbərlik elan ediləndən sonra Şəhnin də Vətən müharibəsinə yollanıb. Ailənin ilk nübarı olan Şəhmin ağır təbiətli, şən zarafatlı gənc kimi döyüşlərdə də özünəməxsus uğurlar qazanıb. İgid həmyerlimiz Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.

İgid əsgər  Novruzov Şəhnin Şahlar oğlu  ölümündən sonra  Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və ”Cəbrayılın azad ounmasına görə medalları ilə təltif edilib.

Seyfullazadə Kamran Cəlal oğlu 1999-cu il yanvarın 14-də Astara şəhərində anadan olub. Kiçik yaşlarından anası ilə min bir zəhmətə qatlaşıb. Orta təhsildən sonra hərbi xidmətdə olub.

Vətən müharibəsinin  ilk günlərində cəbhəyə yollanan könüllülərdən olan Kamranın döyüş yolları Füzuli, Cəbrayıl, Qubadlı, Suqovuşan, Hadrut, Laçından keçib. Hər tapşırığa hamıdan öndə gedən hücumçu, artilleriyaçı, 11 nəfərə başçılıq edən Kamran manqa komandiri kimi “Əlhəmdulillah” deyib Şuşaya qalxıb. 30-dan çox ermənini əlbəyaxa döyüşlərdə öldürən Kamran dəfələrlə yaralı əsgərlərə qan verib.

Hadrutda divara öz adını, soyadını, Astara və “Qarabağ Azərbaycandır !” sözlərini yazan Kamran Seyfullazadə noyabrın 6-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Qəhrəman həmyerlimiz,ölümsüzlüyə qovuşan igid Kamran Cəlal oğlu Seyfullazadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Füzulinin azad olunmasına  görə”, ”Xocavəndin azad olunmasına görə”, ”Suqovuşanın azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Zeynalov Sadiq Kamal oğlu 1998-ci il sentyabrın 19-da Ərçivan qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sadiq 2016-cı ildə hərbi xidmətə yola düşür və xidməti borcunu Naxçıvan Muxtar Republikasında  “N” saylı hərbi hissədə tank batalyonunda başa vurur.

2020-ci ilin avqust ayında müddətdən artıq hərbi qulluqçu kimi  xidmətə başlayır.

Vətən müharibəsi başlanan andan döyüşlərə qatılan Sadiq Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək ağır yaralanır. Bir qədər müalicə alandan sonra yenidən döyüş yoldaşlarına qoşulur. 25 oktyabrda düşmən toplarından atılan aramsız mərmilər Sadiqgilin tərkibində olduğu bölüyə düşür. Bir çox yoldaşları ilə Sadiq də  aldığı qəlpə yaralarından şəhidlik məqamına çatır.

Qəhrəman eloğlumuz  MAHHXHQ-nin kiçik çavuşu Sadiq Zeynalov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən  “Vətən uğrunda”, ”Füzulunin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Keçidlər