Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İnfrastruktur

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
Sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
çərçivəsində görülmüş işlər barədə.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda Şəhid ailələri və Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə şəhərin H.Əliyev prospektində 4 mərtəbəli, 16 mənzilli yaşayış binası tikilmişdir.
- Qarabağ müharibəsi və Çernobıl əlilləri üçün 2 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
- Şəhid ailələri və Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 36 və 16 mənzilli 2 yaşayış binasının və fərdi evlərin tikilməsi nəzərdə tutulmuşdur.
- İş adamı tərəfindən 3000 tonluq taxıl anbarı və 2500 tonluq meyvələrin saxlanması kamerasının tikintisi başa çatdırılmışdır.
- Çayçılıq üçün əlverişli şəraiti olan Şüvi ərazi nümayəndəliyində 200 hektardan çox sahədə yeni çay plantasiyaları salınmış, seyrək sahələrdə təmir-bərpa işləri aparılmışdır.
- 19 km Astara-Bala Şahağacı və 11 km Artupa-İstisu, 10 km Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə yolu yenidən qurularaq asfaltlaşdırılmışdır.
- Şəhərin H.Əliyev prospekti, Azərbaycan, Qum, Ə.Muxtar, R.Axundov, H.Aslanov, Nizami və M.Cəbiyev küçələrində yenidənqurma, abadlıq işləri aparılmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır.
- Şəhərin H.Əliyev prospektində 7000 kv.m, A.Məmmədov küçəsində 600 kv.m, Ə.Muxtar küçəsində 4500 kv.m, Gənclər küçəsində 3000 kv.m C.Cabbarlı küçəsində 2000 kv.m və Nizami küçəsində 5000 kv.m asfalt döşənmiş, ayrı-ayrı küçə və səkilərdə xırdadənəli asfalt beton qarışığından təmir işləri aparılmış, hazırda quruculuq-abadlıq işləri yüksək səviyyədə davam edir.
- Rayonun elektrik təsərrüfatında cari təmir işləri davamlı olaraq aparıəlır ki, bunun da nəticəsində əhaliyə 24 saat elektrik enerjinin verilməsi təmin olunmuşdur.
- Rayon ərazisində olan bütün kənd və şəhər analoq ATS-ləri 100% elektronlaşdırılmışdır. Şəhər EATS-i və kənd EATS-lərindən Şiyəkəran, Telman, Pensər, Siyəkü, Ərçivan, Maşxan, cəmi 6 EATS-in birləşdirici xətti fiber optik kabellə əvəz edilmiş, 10 ədəd EATS-in birləşdirici xətlərinin fiber optik kabellə əvəz olunması davam etdirilir.
- Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılmış, Mərkəzi Xəstəxana yenidən qurulub müasir tələblər səviyyəsində tikilib istifadəyə verilmiş, yeni avadanlıqlarla təchiz edilmiş, həyətində gözəl park və istirahət guşəsi salınmışdır. Poliklinika şöbəsinin əsaslı təmiri davam etdirilir.
- 2009-cu ildə Pensər kənd 2 nömrəli tam orta, Pəlikəş kənd tam orta, Rinə kənd tam orta, Qəcimardə kənd ümumi orta, Vovada kənd ibtidai məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmişdir.
- 2010-cu ildə Şəhər 5 saylı, Kakalos kənd 1 saylı, Vaqo kənd tam orta və Siyətük kənd ibtidai məktəblərinin əsaslı təmiri başa çatdırılmışdır.
-4020 şagird yerlik 22 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 1720 şagird yerlik 5 məktəb inşa edilmiş, 2920 şagird yerlik 11 məktəb binasında yenidənqurma işləri aparılmışdır;
- Astara şəhər 2 №-li uşaq bağçasının və 360 şagird yerlik Astara şəhər 7 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, 220 şagird yerlik Suparibağ kənd tam orta, 180 şagird yerlik Rudəkənar kənd ümumi orta, 480 şagird yerlik Şuvi, 360 şagird yerlik Siyaku, 220 şagird yerlik Şağlazüzə, 360 şagird yerlik Vaqo, 220 şagird yerlik Telman, 360 şagird yerlik Hamoşam, 220 şagird yerlik Asxanakəran, 220 şagird yerlik Motlayataq kənd tam orta məktəblərinin tikintisi davam edir.
- Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasından ötrü layihə sənədləri hazırlanmışdır.
- Rayonun Siyatük, Şuvaş kənddlərinə təbii qazın verilməsi təmin edilmiş, Şuvi, Sərək, Deqədi, Züngüləş, Səlivə, Vəznəş, Şahağac və Siyəkəran kəndlərinə təbii qazın çəkilişi davam etdirilir. Astara şəhəri, Kijəbə qəsəbəsi, Ərçivan, Təngərüd kəndlərində köhnə qaz boru xətləri yenisi ilə əvəz edilmişdir. Rayon mərkəzi və 29 yaşayış məntəqəsi təbii qazla təchiz edilmişdir; Qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 1058 evə qaz xətti çəkilmiş, bunlardan 288-i yeni evlərdir.
- Rayon ərazisində ümumilikdə 29500 p/m xırda və iri həcmli su kanalları təmir edilərək işlək vəziyyətə gətirilmiş, Lovayın su anbarının əsaslı təmiri, Astara və Pensər çaylarında sahilbərkitmə işləri davam etdirilir.
 

Keçidlər