Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 20 yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

21 yanvar 2013 | 16:00

20 yanvar 2013-cü il tarixdə Astara rayonunda 20 yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasim Hacızadə 20 Yanvar faciəsi barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 23 il keçir. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır. Həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu astaralı idi.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.
Qanlı yanvar faciəsi törədilən vaxtı iqtidar qüvvələr qaçıb gizləndiyi halda, Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.
Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilmiş, şəhidlərin ruhuna dua oxunmuşdur.
Məktəblilərin nümayiş etdirdiyi kompozisiyadan sonra rayon rəhbərliyi tərəfindən Xatirə Kompleksinin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir iştirakçıların ziyarəti ilə davam etmişdir.
Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 

Keçidlər