Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayev rayon sahibkarları ilə görüşmüşdür.

27 yanvar 2013 | 16:00

26 yanvar 2012-ci il tarixdə Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri və sahibkarlarla görüşü keçirilmişdir.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq rayona rəhbərlik etdiyi doqquz ay müddətində bütün sahələr üzrə, o cümlədən, sahibkarlıq fəaliyyəti və sahibkarlığın inkişafı ilə bağlı məsələlər barədə də yetərincə məlumatlı olduğunu bildirmişdir. Bu günkü görüşün əsas məqsədi kimi iş adamlarını düşündürən, narahat edən məsələlər, həlli vacib problemlər və bunların aradan qaldırılması üçün səmərəli təklifləri öyrənmək olduğunu diqqətə çatdırmışdır.
Q.Ağayev ümumilikdə ölkədə sosial-iqtisadi inkişaf sahəsində əldə edilən yüksək nailiyyətlər barədə məlumat vermiş, Azərbaycanın dünya iqtisadiyyatında rolunun və mövqeyinin ilbəil artdığını qeyd etmişdir. Bunun sübutu kimi ölkə Prezidenti cənab İlham Əliyevin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bir sıra ölkə başçıları və dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə işgüzar görüşlərini diqqətə çatdırmış və bu ilin aprelində Beynəlxalq İqtisadi Forumun Bakıda keçirilməsi barədə qəbul edilən qərarın Azərbaycanın dünyada nüfuzunun nə qədər yüksəkdə durduğunu xüsusi vurğulamışdır.
Azərbaycanın büdcəsinin 20 milyard manat təşkil etməsi, əmək haqqı, pensiya və digər müavinətlərin müntəzəm artırılması, sahibkarlara ötən il bir milyard manat güzəştli kredit verilməsi ölkəmizin güclü və qüdrətli olduğunun əyani təzahürüdür. Qarşıda duran əsas məqsəd ölkəmizin neftdən gələn gəlirlər hesabına deyil, qeyri-neft sahəsindən gələn gəlirlər hesabına inkişafına nail olmaqdır. Bu istiqamətdə ölkədə geniş miqyasda işlər aparılır. Qeyri-neft sektorunda 10 faiz artıma nail olunması sevindirici haldır.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da geniş abadlıq və quruculuq işləri aparılır. Keçən ilin martında rayonumuza səfəri zamanı bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafı məqsədilə 2 milyon manat vəsait ayırması barədə sərəncamı hamımızın sevincinə səbəb olmuşdur. Əlavə olaraq Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına rayon Mərkəzi xəstəxanasının daha bir korpusunun yenidən qurulması işi hazırda davam edir.
Astara aqrar rayondur, burada əkinçilik və heyvandarlığın inkişafına daha çox fikir verilir. Bu sahədə son dövrdə yüksək nailiyyətlər qazanılmışdır. Şübhəsizdir ki, aqrar sahənin inkişafı ilə fermerlər, iş adamları məşğul olur. Biz bu işdə bütün iş adamlarına yaxından köməklik göstərməyə, dəstək olmağa hazırıq. Rayonda torpaqlardan daha da səmərəli istifadə olunması üçün səylər artırılmalıdır. Bu sahədə fermerlərlə yanaşı ayrı-ayrı pay sahibi olan vətəndaşların da üzərinə böyük məsuliyyət düşür.
İcra başçısı iş adamlarına onları düşündürən, narahat edən məsələlər barədə fikirlərini açıq, səmimi və sərbəst şəkildə bildirməyi təklif etdi.
Fermerlərdən Hacıbala Fərziyev, Ədhəm Quliyev, Rafiq Əsədullayev, Tarif Hüseynov, Xaliddin Hüseynov, Rafiq Cəfərov və başqaları çıxışlarında rayonda fəaliyyət göstərən Aqroservis filialına yerli şəraitə uyğun kənd təsərrüfatı texnikasının gətirilməsi, istehsal olunan məhsullar üçün dövlət tərəfindən tədarük məntəqələrinin yaradılması, kollektiv təsərrüfat formaları yaratmaqla istifadəsiz torpaqların becərilməsi, aqrolizinq yolu ilə mineral gübrələrin verilməsi və Sahibkarlara Kömək Milli Fondundan güzəştli kreditlərin alınmasına köməklik göstərilməsi barədə təkliflərlə çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı söylənən təkliflərlə əlaqədar Aqrolizinq ASC-nin Astara Aqroservis filialının rəhbəri Vəliməmməd Quliyevə və digər aidiyyəti şəxslərə konkret tapşırıqlar vermiş, aqroservis xidmətlərinin qiymətləri və Sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi şərtləri barədə “Astara” qəzetində material dərc olunmasını tapşırmışdır.
Tədbir iştirakçıları səmimi görüşə görə rayon İcra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər.
 

Keçidlər