Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Novruz bayramı təntənəsi.

17 mart 2013 | 16:00

Artıq bahar yurdumuza xoş qədəmlə gəlir. Hər yanda Novruz bayramının sevinci yaşanır. Martın 16-da rayonumuzda da Novruz bayramı şənliyi geniş şəkildə qeyd olundu. Şənliyə toplaşanların çöhrəsində sevinc aydın duyulurdu.
   Bayram iştirakçıları əvvəlcə şəhərimizin Nizami küçəsində təşkil olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkasında oldular. Burada 20 şirkətdən ayrı-ayrı sahibkarların gətirdikləri  müxtəlif növ məhsullar- pomidor, xiyar, portağal, banan, xurma, kişmiş, şirniyyat, ət, yağ, balıq, alma, armud, bal və s. satışa çıxarılmışdı.
   Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü ilə keçirilən satış-yarmarkası rayon əhalisində böyük razılıq və dərin minnətdarlıq hissi doğurdu.
   Şəhər sakini Məhəmməd İbrahimov öz ürək sözlərini belə ifadə etdi: -Satış-yarmarkanın təşkilini alqışlayıram. Görürsünüz, xeyli ərzaq məhsulları almışam. Bayram süfrəmizdə hər şey olacaq. Sağ olsunlar. Hörmətli Prezidentimiz möhtərəm cənab İlham Əliyevin əhaliyə diqqət və qayğısını yüksək qiymətləndirirəm.
     Ayxanım İbrahimova şəhid bacısı, Siyatuk kənd sakini: - Əvvəla,  mən də bütün rayon əhalisini bayram münasibəti ilə təbrik edərək “hər kəsə bayramınız mübarək” deyirəm. Novruz bayramı ərəfəsində yarmarkanı təşkil edənlərə minnətdarlığımızı bildiririk. Bazara nisbətən burada ucuzluqdur. Ət, balıq, yağ, meyvələr daha əlverişli qiymətədir.
    Regina Babayeva Şuvi kənd sakini: - Ayxanım düz deyir. Bu böyük zəhməti dəyərləndirmək lazımdır. Narazılıq etməyə haqqımız yoxdur.
     Satış-yarmarkada iştirak edən alıcılar - Maşxan kənd sakini Adil Əliyev, Sərək kənd sakini  İsabala Həziyev və başqaları da öz razılıqlarını bildirdilər.
     Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri satış-yarmarkaya gələrək satılan məhsulların keyfiyyəti və qiyməti ilə maraqlandılar, alış-verişin vəziyəti ilə tanış oldular. Rayon sakinləri icra başçısına dərin minnətdarlıqlarını bildirdilər.
    Sonra bayram şənliyi keçirildi. Rayon Mərkəzi mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblı, müğənnilər, Kakalos kənd mədəniyyət evinin “Əvəsor” folklor kollektivi şən mahnılar və rəqslər ifa etdilər. Novruz tonqalı yandırıldı.
   Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və idmançıların çıxışları da bayram iştirakçılarında böyük maraq doğurdu.
    Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev və rayonun rəhbər işçiləri bayram şənliyində iştirak edərək nümayiş olunan sərgiyə baxdılar.
     Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.

Keçidlər