Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

31 mart azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir.

30 mart 2013 | 16:00

 

29 mart 2012-ci il tarixdə Astara rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Soyqırımı iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev məlumat verərək 1918-ci ilin martında  azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının  95-ci ildönümünün xalqımız tərəfindən böyük ürək ağrısı ilə  qeyd olunduğunu vurğulamış, 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi ilk dəfə 26 mart 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla keçirildiyini iştirakçıların nəzərinə çatdırmışdır.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Təkcə XX əsrdə xalqımızın başına gətirilən müsibətlər ölçüyəgəlməzdir. Yüz minlərlə soydaşlarımız qətlə yetirilmiş, tarixi yurd yerlərindən deportasiya edilmişlər. Bunlar təkcə 1918-ci il mart soyqırımı ilə məhdudlaşmır. Əsrin sonunda 1 milyona qədər insan doğma torpaqlarından didərgin salınmış, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılmış, dağıdılmış, vəhşicəsinə talan edilmiş, minlərlə insan qətlə yetirilmiş, girov götürülmüş, itkin düşmüşdür. Qanlı 20 yanvar hadisəsi və Xocalı faciəsi kifayətdir ki, erməninin kimliyi bütün dünyaya bəlli olsun. Tarixin bu qanlı dərslərini heç vaxt unutmamalı, qan yaddaşında yaşadaraq olduğu kimi gələcək nəslə çatdırmalıyıq.

Azərbaycan xalqı daha əliyalın deyil, onun müstəqil dövləti, nizami ordusu və güclü rəhbəri vardır. Bunları göz bəbəyi kimi qorumaq lazımdır. Buna görə də tarixin dərslərini həmişə yadda saxlamaq, onlardan nəticə çıxarmaq, faciə və müsibətlərimizin tarixi köklərini bilmək vacibdir. Bu işdə hamımız birlikdə səy göstərməli, bütün qüvvələri birləşdirməliyik.

İnanırıq ki, xalqımızın vətənpərvərliyi, milli birliyi, məqsədyönlü fəaliyyəti və Azərbaycan Prezidentinin siyasi iradəsi qısa müddətdə bizi tarixi yurd yerlərimizə qovuşduracaq, ərazi bütövlüyümüzün bərpasına nail olacağıq.

Tədbirdə rayon İcra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov məruzə ilə çıxış edərək erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etmiş, bu soyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqda bütün imkanlarımızdan istifadənin vacibliyini, eyni zamanda erməninin kimliyini gələcək nəslə ötürməklə bu qanlı olayları onların milli şüurunda formalaşdırmağın vətəndaşlıq borcumuz olduğunu söyləmişdir.

Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova tədbirdə çıxış etmişlər.

Keçidlər