Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

YAP Astara rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirildi.

18 aprel 2013 | 15:00

 

18 aprel 2013-cü ildə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Qadınlar Şurasının II konfransı keçirilmişdir.

Konfransda Astara rayon İcra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov iştirak etmişlər.

F.Əhmədov konfransı giriş sözü ilə açaraq rayonun ictimai-siyasi həyatında fəal mövqeyi olan qadınların gərgin və səmərəli fəaliyyəti barədə ürək sözlərini bildirdi.

YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Bəsti Əliyeva konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyev Azərbaycan qadınını, onun  fəaliyyətini, cəmiyyətdəki rolunu həmişə yüksək qiymətləndirirdi. O həmişə deyirdi ki, Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.

Astara rayonunun qadınları da özlərinin işgüzarlığı, əməksevərliyi, dövlətə və dövlətçiliyə sədaqətləri ilə seçilirlər. Bu gün rayonumuzun 100 min nəfərdən çox əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı öz ətrafında 6 min nəfərdən çox partiya üzvünü birləşdirir ki, bunun da təxminən yarısını qadınlar təşkil edir. Çox fərəhlidir ki, Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımızın əksəriyyəti 18-35 yaşında olan gənclərdir.

Konfransda çıxış edən rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova, Dövlət Sığorta Agentliyinin rayon filialının müdiri İlhamə Həşimova, rayon Mərkəzi Xəstəxanasının həkimi Aliyə Cavadova bildirdilər ki, bu gün ulu öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ardıcıl fəaliyyəti nəticəsində ölkəmiz azad, müstəqil, qüdrətli, dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Qeyd olundu ki, bütün astaralılar, o cümlədən qadınlar bu il keçiriləcək prezident seçkilərində ən layiqli namizəd olan cənab İlham Əliyevi yekdilliklə dəstəkləyəcəklər.

Konfransda YAP Astara rayon təşkilatı Qadınlar Şurasının yeni tərkibi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika konfransına nümayəndə seçildi.

Aygül Məmmədova YAP Astara rayon təşkilatı Qadınlar Şurasının sədri seçildi. 

Keçidlər