Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar konsert.

05 may 2013 | 15:00

 

4 may 2013-cü il tarixdə Astara rayon İcra Hakimiyyətinin rəhbərliyi, və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıdan dəvət olunmuş incəsənət ustaları maraqlı proqramla çıxş etmişlər.

Astara şəhərinin mərkəzində, - Heydər Əliyev parkında təşkil edilmiş konsertdə rayonun şəhər, qəsəbə və kəndlərindən minlərlə insan iştirak etmiş, Respublikanın tanınmış incəsənət ustalarının maraqlı çıxışlarını alqışlarla qarşılamışlar. Azərbaycanın adlı-sanlı müğənniləri, -  Faiq Ağayev, İlhamə Quliyeva, Bilal Əliyev, Simarə İmanova, Səməd Səmədov, Elariz Məmmədov, Fədayə Laçın, İlqar Muradov Ayan, “Natiq” ritm qrupu, “Kristal” qrupu və digərlərinin ifa etdikləri mahnılar tamaşaçılarda geniş təəssürat oyatmışdır.

Konserti izləyən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə bu gün Astara şəhərində keçirilmiş elmi konfrasın nümayəndələri olan xarici ölkələrin alimləri və rayon sakinləri belə maraqlı tədbirə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Axşam saatlarına qədər davam edən maraqlı konsert atəşfəşanlıqla başa çatmışdır.

Tədbir ATV telekanalı vasitəsi ilə çəkilmişdir. 

Keçidlər