Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 9 may Qələbə günü təntənə ilə qeyd olundu.

10 may 2013 | 15:00

 

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Koverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri, M.Cəbiyev və İ.Kaverinin məzarları önünə, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş astaralı şəhidlərin xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri qoymuşlar.

Ziyarət başa çatdıqdan sonra müharibə veteranları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri və xidmət təşkilatlarının nümayəndələri ilə söhbət etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. İcra başçısı ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaqların azad olunacağı günün uzaqda olmadığını bildirərək həmin böyük qələbə günündə də veteranlara bizimlə bir sırada olmağı arzulamışdır.

Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, müharibə veteranı Məmmədşah Məcidov, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev və başqaları çıxış edərək müharibə iştirakçılarına göstərilən dövlət qayğısından razı qaldıqlarını bildirmiş, Azəbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə imzaladığı Sərəncama əsasən müharibə iştirakçılarına birdəfəlik yardım ayrılmasına görə minnətdarlıqlarını söyləmişlər.

Keçidlər