Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sonsuz ehtiramın parlaq təcəssümü.

11 may 2013 | 15:00

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi Astara rayonunda da silsilə tədbirlərlə yaddaqalan olmuşdur.

Mayın 10-da günəşli yaz səhərində Astara şəhərinin mərkəzi meydanı bayramsayağı bəzədilmişdir. Buraya axın-axın insanlar gəlir, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin  onun adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edir, əziz xatirəsinə sonsuz ehtiramlarını nümayiş etdirirdilər.  

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abdisəini ziyarət edərək önünə əklil və gül dəstələri qoydular.

Rayonun idarə, müəssisə rəhbərləri, ərazi nümayəndələri, pedaqoji kollecin, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri də abidə önünə tər güllər qoydular. Ziyarətçilərin çöhrələrində ümummilli liderin əziz xatirəsinə dərin ehtiramın ifadəsi və qürur aydın duyulurdu.  

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayon rəhbərləri, ictimaiyyətin nümayəndələri ulu öndərin xatirəsinə həsr olunmuş “Kitab bayramı”nda da iştirak etdilər. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nazim Fərəməzov burada ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi haqqında məlumat verdi. Bayram iştirakçıları yeni çap olunmuş kitablarla maraqla tanış oldular.

İcra başçısı Q.Ağayev istedadlı rəssam Firudin Quliyevin, həvəskar rəssamlar Dəniz Baxşizadənin və Aytac Zeynalovanın çəkdikləri Heydər Əliyevin portretlərinə, Kakalos kənd mədəniyyət evindəki “Nəcib qızlar” klubunun üzvlərinin əl işlərinə maraqla tamaşa etdi, ürək sözlərini bildirdi.

Rayon mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblının və müğənnilərin ifasında səslənən şən musiqi və mahnılar, oğlanlardan ibarət rəqs qrupunun çıxışları tədbir işçilərinin xoş ovqatını daha da artırdı.

Ümumxalq liderin ad günündə silsilə tədbirlər ənənəvi olaraq hər il keçirilən məktəblilərin “İstedad” incəsənət festifalı qaliblərinin nümunəvi çıxışları ilə davam etmişdir. İncəsənətin ayrı-ayrı növləri üzrə qalib adını qazanmış 75 nəfər məktəbli rayon təhsil şöbəsi, mədəniyyət şöbəsi və Gənclər İdman İdarəsinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

Keçidlər