Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İcra başçısının ucqar dağ kəndində əhali görüşü.

17 may 2013 | 15:00

 

Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan Ağ körpü kəndi rayon mərkəzindən 28 km aralıda yerləşir. Zəngin və səfalı təbiəti, təmiz havası, sərin sulu mineral bulaqları olan bu kənd turizmin inkişafı üçün də əlverişlidir.  

Kənd ərazisində 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana 1 tibb məntəqəsi əhaliyə xidmət göstərir. 

16 may tarixində Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev Ağ kpörpü kəndində əhali ilə görüşərək onların arzu və təkliflərini dinləmiş, problemlərlə yerində tanış olmuşdur.

Rayon icra hakimiyyəti başçısının müntəzəm olaraq əhali ilə görüşünü yüksək qiymətləndirən Ağ körpü kənd tam orta məktəbin direktoru Dünyamalı Zülfüqarov, müəllim  Balakişi Rəhmanov, Nəbi Xalıqov, kənd sakinlərindən Vaqif Zülfüqarov, Fəzlədin Bağırov və başqaları  rayon rəhbərliyinə minnətdarlıq etmişlər. Möhtərəm cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının rayonda yüksək səviyyədə icrasını ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi dəyərləndirən sakinlər, dövlət başçısına hörmət və ehtiramlarını bildirmişlər.

Çıxış edənlər mövcud problemlər barədə söhbət açaraq Pəlikəş-Ojakəran yolunun əsaslı təmiri, elektrik xətləri və dirəklərinin dəyişdirilməsi, Pəlikəş tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikintisi, Hirkan Milli parkın ərazisində yerləşən Ağ körpü kəndinin evlərinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə arzu və təkliflərini bildirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev dağlar qoynunda əhali ilə görüşdən məmnun qaldığını bildirərək qeyd etmişdir ki, söylənən  təkliflər, sadlanan problemlər barədə qeydlər aparıldı. Bunların həlli üçün müvafiq tapşırıqlar veriləcəkdir. Əsas söylənənlər əlbəttə ki, bizə də bəlli olduğu kimi yol barəsində oldu. Ərazi dağlıq olduğu üçün yolları da çətindir. Payız-qış mövsümündə bu çətinlik bir az da artır. Əhali ilə görüşdən ötən müddət ərzində yolun cari təmiri ilə əlaqədar verdiyim tapşırıqlara əsasən müəyyən işlər görülmüş, texnikanın hərəkəti üçün əlverişli hala salınmışdır. Lakin, yolun daha rahat və abad olması üçün daha çox iş görülməlidir. Bunu nəzərə alaraq bu yaxınlarda yolun yenidən əsaslı təmirinə başlanacaqdır. Elə edəcəyik ki, ilin bütün fəsillərində yol işlək qaydada qalsın, hərəkət etmək rahat və təhlükəsiz olsun. İşçi qüvvəsi kimi yerli əhali də öz köməkliyini göstərməlidir.  

Elektrik təsərrüfatında olan problemlər də bəllidir. Təsərrüfatın rəhbərliyinə qəzalı vəziyyətdə olan elektrik avadanlıqlarının ilk növbədə dəyişdirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bunun nəticəsidir ki, əhali dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Mövcud elektrik dirəkləri və naqillər isə istismar müddətini başa vurubdur. Bunların yenilənməsi barədə dövlətimizin öz tədbirləri vardır və bunlar hissə-hissə həyata keçirilir.

İcra başçısı daha sonra qeyd etmişdir ki, ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Bu gün bütün sahələrdə sürətli inkişaf və irəliləyiş var. Ölkə rəhbəri tərəfindən əhalinin rifah halının yaxşılaşmasına yönəldilmiş proqramlar uğurla və ardıcıl olaraq həyata keçirilir. Bu proqramların böyük əksəriyyəti sosial yönümlüdür. Elə bu ən ucqar dağ kəndində bu cür müasir tipli, hər növ avadanlıqlarla təchiz olunmuş məktəb binasının tikintisi də ölkəmizin yüksək iqtisadi  imkanlarına bir nümunədir. Bu inkişafın, bu tərəqqinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir. Bundan sonra da ölkəmizin çiçəklənməsi, insanlarımızın azad, firavan yaşaması üçün bütün işlər görüləcəkdir. Bu işdə hamınıza uğurlar arzulayıram. 

İcra başçısı Q.Ağayev Ağ körpü kənd tam orta məktəbində təlim-tərbiyənin vəziyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.  

Keçidlər