Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Miki kənd sakinləri ilə görüş.

02 iyul 2013 | 15:00

01 iyul 2013-cü il tarixdə Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev Miki kənd sakinləri ilə görüşərək onların arzu və təkliflərini dinləmiş, problemlərlə yerində tanış olmuşdur.

Kənd sakinləri Xanağa Hüseynov, Şəmsəddin Talıbov,  Cabbar Nəzirov, Şahmirzə Nəsirov çıxış edərək rayon icra hakimiyyəti başçısının bu ucqar dağ kəndində əhali ilə növbəti görüşünü yüksək qiymətləndirmiş, respublikada və rayonumuzda aparılan geniş abadlıq-quruculuq işlərindən fərəhləndiklərini bildirmiş, o cümlədən, ötən görüşdən keçən müddət ərzində kənddə piyada körpünün salınmasına və elektrik transformatorunun quraşdırılmasına, Siyaku-Miki yolunun Təxtənəkəran kəndinə qədər 5 km məsafəsinin asfaltlaşdırılmasına görə  rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişlər.

Bunları Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Astara və astaralılara olan diqqət və qayğısı kimi dəyərləndirən kənd sakinləri qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.

Çıxış edənlər kənddəki elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz olunması, kəndə təbii qazın verilməsi, Təxtənəkəran-Miki yolunun əsaslı təmiri və asfaltlaşdırılması, Miki kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikintisi barədə arzularını da bildirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüşə görə kənd sakinlərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, burada yaşayan əhali işgüzar, qonaqpərvər, dövlətə və dövlətçiliyə sədaqətlidir. Sizinlə ikinci dəfədir ki, görüşürük. Qeyd olunduğu kimi ilk görüşdən sonra kəndin əsas problemlərinin əksəriyyəti həll edilmişdir. Piyada körpüsü salınmış, elektrik transformatoru quraşdırılmış, Siyaku-Miki yolunun 60 faizini təşkil edən  Təxtənəkəran kəndinə kimi yol asfaltlaşdırılmışdır.

Ərazisi tamamilə dağlıq olan bu kəndlərin əsas problemi yolla bağlıdır. Məlumat üçün bildirim ki, növbəti Dövlət Proqramında rayonumuzda 90 km-dən artıq yolun əsaslı təmiri və asfaltlaşdırılması planlaşdırılır. Bununla da yaxın gələcəkdə rayonumuzun bütün yaşayış məntəqələrində, o cümlədən sizin kəndinizdə də yol problemi həll olunacaqdır.

Elektrik təsərrüfatında olan problemlərin aradan qaldırılması üçün  dövlət tərəfindən mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Əsası  Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla davam etdirilir. Ölkəmiz gündən-günə inkişaf edir. Kəndlərimizdə əhalinin maddi rifah halı, ümumilikdə sosial vəziyyətləri yaxşılaşır. Bunu rayonumuzun timsalında aydın görə bilərik.

Rayonumuzun yaşayış məntəqələrində həyata keçirilən geniş tikinti, quruculuq-abadlıq işləri - tikilən yeni məktəb binaları, Ərçivan qəsəbəsində inşa edilən boks idman kompleksi, yenidən qurulmasına başlanmış Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolu, sürətlə həyata keçirilən qazlaşma və görülən digər işlər nailiyyətlərimizdir.  

Qısa müddətdə dağlıq ərazidə yerləşən 20 km-dən artıq Siyaku- Asxanakəran-Hamoşam və eyni məsafədə Deqədi-Pəlikəş yolunun əsaslı təmiri gediş-gəlişi xeyli asanlaşdırmışdır. Bu yolları getmək üçün əvvəllər saatlarla vaxt sərf edilirdisə, indi 30-40 dəqiqəyə getmək mümkündür.

Hazırda rayonda əksəriyyəti dağ kəndlərində olmaqla on iki yeni məktəb binasının tikintisi aparılır. Təkcə sizin nümayəndəliyinizin ərazisində bir  yeni məktəb istifadəyə verilmiş, daha ikisinin tikintisi davam etdirilir. Miki kənd tam orta məktəbinin  cari təmiri də nəzərdə tutulmuşdur ki, buna yaxın günlərdə başlanılacaqdır.

Bütün bu görülən işlər möhtərəm cənab prezident İlham Əliyev tərəfindən əhalinin rahat, xoş, firavan yaşaması üçün həyata keçirilən tədbirlərdir ki, buna görə ölkə rəhbərinə minnətdar olmalı, ətrafında daha sıx birləşməklə, birliyimizi nümayiş etdirməliyik. Bu işdə hamınıza uğurlar arzulayıram.  

Keçidlər