Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Yeni Azərbaycan Partiyasının rəhbərliyi Astara rayon partiya təşkilatının fəalları ilə görüşmüşdür.

04 iyul 2013 | 15:00

 

İyulun 3-də Astara rayon mədəniyyət evində YAP sədrinin müavini, icra katibi Milli Məclisin üzvü Əli Əhmədov, Astara rayonundan seçilmiş Milli Məclisin deputatı Aslan Cəfərov rayon partiya təşkilatının fəalları ilə görüşmüşdür. Görüşdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də iştirak etmişdir.  

Görüşü giriş sözü ilə açan  YAP rayon təşkilatının sədri Firudin Əhmədov rayon və ərazi təşkilatlarının fəaliyyəti, Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədri möhtərəm Prezidentimizin nitqində irəli sürülmüş vəzifələrin icrası ilə əlaqədar görülən tədbirlər, qurultayın növbəti prezident seçkiləri barədə qərarının Astaradakı partiya üzvləri, bütövlükdə rayon sakinləri tərəfindən böyük sevinc və rəğbət hissi ilə qarşılandığı barədə məlumat vermişdir.

Görüşdə YAP sədrinin  müavini, icra katibi Əli Əhmədov çıxış edərək demişdir:

- Bu günkü görüşümüzün məqsədi ölkəmizin inkişafı, tərəqqisi, dövlətimizin son illər qazandığı yüksək nailiyyətləri barədə YAP fəalları kimi sizinlə fikir mübadiləsi aparmaqdan ibarətdir. Bildiyiniz kimi bu ilin iyun ayının 7-də keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayında YAP sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü və bu barədə yekdilliklə qərar qəbul edildi. Əslində bu təkcə 600 minlik YAP üzvlərinin deyil, bütün Azərbaycan xalqının fikri idi. Bu fikir ölkə prezidenti kimi İlham Əliyevin ötən 10 il ərzində respublikada gördüyü işlər, əldə olunan nailiyyətlər, Azərbaycanın sürətli, əzəmətli inkişafından irəli gəlir. Bu müddət ərzində nə iş görülübsə  ölkəmizin inkişafı, tərəqqisi, insanların rifah halının yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi naminə görülmüşdür. İnsanların rifahı, həyatımızın mənasını və keyfiyyətini dəyişməyinin bir cəhəti ölkədə geniş tikinti-quruculuq, abadlıq işlərinin görülməsidirsə daha bir amil xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu əmin-amanlığın, siyasi sabitliyin, yüksək inkişafın ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.  Məhz bu sadalanan cəhətlərə görə Azərbaycan xalqı İlham Əliyevin namizədliyini irəli sürmüşdür. İnsanlarımızın gələcəyə baxışı daha nikbindir. Növbəti beş ildə daha möhtəşəm işlərin görülməsi nəzərdə tutulur. Respublikamız inkişaf edəcək, şəhər, qəsəbə və kəndlərimiz daha da gözəlləşəcək. Həyatımız daha mənalı, məzmunlu olacaq.  

İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi insanlara xidmət etməkdən ibarətdir.

YAP fəalı olaraq bizim üzərimizə də böyük məsuliyyət düşür. Fəal təbliğat və təşviqat işləri aparmalıyıq ki, bəzi özünü siyasətçi adlandıran müxalif qüvvələrin papulist çıxışları, yağlı vədləri xalqı çaşdırmasın. Belələrinə deməyə sözümüz, qarşılarına çıxarmağa arqumentlərimiz çoxdur. Ötən müddət ərzində ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan böyük uğurlar, əldə etdiyimiz nailiyyətlər, təbliğat aparmaq üçün ən böyük vasitəmizdir. Biz bundan istifadə etməliyik.

Mən əminəm ki, astaralılar həmişə olduğu kimi bu il keçiriləcək prezident seçkilərində də alternativsiz namizəd olan İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP rayon təşkilatı qadınlar şurasının sədri Ağgül Məmmədova çıxışlarında qazanılan nailiyyətləri yüksək qiymətləndirərək qarşıdan gələn prezident seçkilərində astaralıların yalnız dövlət başçısı cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları bütün astaralılar adından salamlayaraq Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında mühüm yer tutduğunu, güclü siyasi qüvvə olduğunu, xalqın dərin inamını və nüfuzunu qazandığını bildirmiş, rayonumuzun sakinlərinin öz seçimlərini hələ 1993-cü ildə etdiyini nəzərə çatdırmışdır. Qeyd etmişdir ki, bütün hakimiyyəti dövründə on bir dəfə rayonumuza səfər edən ulu öndər Heydər Əliyev astaralılara həmişə rəğbətlə yanaşmış, böyük diqqət və qayğı göstərmiş, onların firavan yaşamaları üçün mühüm tədbirlər həyata keçirmişdir. Bu ənənəyə sadiq qalan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də Astaraya beş dəfə səfər etmiş, bir sıra mühüm obyektlərin açılışında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşərək problemləri ilə maraqlanmış, rayonun sosial-iqtisadi məsələlərinin həlli üçün çox önəmli Sərəncamlar imzalamışdır.

Bunları yüksək qiymətləndirən qədirbilən Astara camatının bütün tədbirlərdə, görüşlərdə bir mənalı oalraq prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdiyini bildirən icra başçısı, bu seçkilərin ən demokratik, şəffaf seçkilər olacağını əminliklə söyləmişdir.  

Keçidlər