Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2014-2018-ci illəri əhatə edəcək “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Astarada müzakirə edildi.

25 oktyabr 2013 | 15:00

 

24 oktyabr tarixdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirinin müavini Niyazi Səfərov, Regionların inkişafı Dövlət Proqramları şöbəsinin müdiri Sahib Məmmədov və nazirliyin digər əməkdaşları Astara rayonunda olmuşlar.

Rayon təhsil, səhiyyə, mədəniyyət və turizm şöbəsinin, gənclər idman və 52 saylı yol istismar idarəsinin rəhbərlərinin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları salamlamış, keçirilən tədbirin məqsədi barədə işturakçıları məlumatlandırmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin inkişaf perspektivləri ilə bağlı qəbul edilən proqramlar uğurla icra olunmuşdur. Əhalinin maddi-rifah halının daha da yaxşılaşması istiqamətində sosial məsələlərin həlli ilə əlaqədar yeni proqram və layihələrin həyata keçirilməsi üçün zəmin yaranmışdır. Yüksək  inkişafın göz önündə olduğunu söyləyən icra başçısı görülən işlərin, o cümlədən tikilən məktəb və xəstəxana binalarının, diaqnostika mərkəzlərinin, idman komplekslərinin, mədəniyyət saraylarının, asfaltlaşdırılan yolların Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra olunduğunu diqqətə çatdırmışdır. Ölkəmizin iqtisadi gücü artıqca vətəndaşlarımızın firavan yaşaması üçün daha yeni layihələr həyata keçirilir.  Bu günkü görüşün məqsədi ölkəmizin inkişafana xidmət edən və hazırlanmaqda olan 2014-2018-ci illəri əhatə edəcək  “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Astara rayonunda həyata keçirilməsi nəzərdə tutulan tədbirləri bir yerdə araşdırmaq, arzu və təklifləri müzakirə etməkdir.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, 2014-2018-ci il Dövlət Proqramının hazırlanmasına respublikanın bütün nazirlikləri, komitələri, icra strukturları  cəlb olunmuşdur. Məqsəd reallığı araşdırıb ortaya çıxarmaq, ölkəmizin inkişafına, insanlarımızın firavan yaşayışının təmin olunmasına xidmət edən məsələlərin müəyyən edilərək hazırlanmaqda olan Dövlət Proqramına daxil edilməsidir. Dövlət Proqramına daxil ediləcək tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün görüləcək işlərlə əlaqədar real vəziyyət, təşkilati məsələlər və resurslar düzgün qiymətləndirilməli, ilk növbədə görüləcək işlər müəyyən edilməlidir. Bunlar təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin inşası, əsaslı təmiri, idman kompleksləri və idman obyektlərinin tikintisinin davam etdirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və digər sosial yönümlü layihələrin həyata keçirilməsindən ibarətdir.

Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin və aqrar sektorun inkişafı, elektrik və qaz təsərrüfatının yeniləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar fikir mübadiləsi aparılmış, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn, mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, Gənclər İdman idarəsinin rəisi Ərçə Əliyev, 52 saylı yol idarəsinin müdiri Qurban Əliyev təkliflərlə çıxış etmişlər.   

Keçidlər