Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Balaca Şahağac kənd sakinləri ilə səyyar qəbul-görüşü olmuşdur.

30 oktyabr 2013 | 16:00

 

Astara rayonunda icra hakimiyyəti başçısının hər bir yaşayış məntəqəsində əhali ilə keçirdiyi səyyar qəbul və görüşlərinin ənənəvi xarakter alması vətəndaşları narahat edən problem və məsələlərin vaxtında həllini təmin etməklə, onların hədsiz razılığına səbəb olmuşdur.  Görüş zamanı icra başçısı tərəfindən vətəndaşların arzu və təklifləri dinlənərək həlli üçün tapşırıqlar verilir, icrası nəzarətə götürülür.   

Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin əhali ilə növbəti səyyar qəbul və görüşü 29 oktyabr 2013-cü il tarixdə Kakalos kənd inzibati ərazi dairəsinin Balaca Şahağac kəndində olmuşdur. 377 ha ərazisi,              329 təsərrüfatı, 1086 nəfər əhalisi olan kənddə 1 tam orta məktəb,   1 mədəniyyət evi, 1 məscid, 1 kitabxana vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Kənd sakinlərindən Canbaxış Zeynalov, Hacıbala Fərziyev, Hacıhüseyn Əliyev, Sultan İskəndərov, Allahverən Eynullayev, Səfərəli İbadov çıxış edərək ölkə Prezidentinin diqqət və qayğısı ilə ölkəmizdə, o cümlədən rayonumuzda görülən genişmiqyaslı işlərdən razılıqla danışmışlar. Əhali ilə mütəmadi görüşlərinə görə İcra Hakimiyyətinin başçısı Q. Ağayevə minnətdarlıq edən sakinlər Balaca Şahağac kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, kənddəki suötürücü kanalın lildən təmizlənməsi, Kakalos kəndində bankomatın quraşdırılması, elektrik xətt təsərrüfatının təmir edilməsi barədə arzu və təkliflərini vermişlər.  

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev prezident seçkilərində fəallıq göstərdiklərinə, Heydər Əliyev ideyelarına, onun layiqli davamçısı olan möhtərəm cənab İlham Əliyevə səs verdiklərinə görə kənd sakinlərinə minnətdarlıq edərək  bu qələbəyə görə onları təbrik etmişdir.

İcra başçısı Xalqımızın Ümummilli  lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətimizin inkişafına yönələn siyasətin uğurlu nəticəsi olaraq regionlarda sosial problemlərin həllinə böyük qayğı və diqqət göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bütün sahələrdə inkişaf və tərəqqinin olduğunu, quruculuq və abadlıq işlərinin gündən-günə geniş vüsət aldığını diqqətə çatdırmışdır. Bu inkişaf rayonumuzun timsalında da aydın görünür. Rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə görə ayrılan vəsaitlər hesabına çoxlu tikinti, quruculuq-abadlıq işləri görülmüş, şəhər, qəsəbə və kəndlərimiz yaraşıqlı, abad bir diyara çevrilmişdir. Ölkəmizin iqtisadi gücü artıqca vətəndaşlarımızın firavan yaşaması üçün daha yeni layihələr həyata keçirilir. Azərbaycanın sürətli   inkişafına xidmət edən və hazırlanmaqda olan 2014-2018-ci il Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bütün ölkədə olduğu kimi Astara rayonunda da mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Rayonumuz aqrar rayondur, torpaqlarımız münbit, əkin üçün olduqca yararlıdır. Ona görə də torpaqlardan daha da səmərəli istifadə olunması üçün səylər artırılmalı, kollektiv təsərrüfat formaları yaratmaqla istifadəsiz torpaqların becərilməsinə diqqət yetirilməlidir. Bu sahədə fermerlərlə yanaşı ayrı-ayrı pay sahibi olan vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Biz bu işdə bütün iş adamlarına yaxından köməklik göstərməyə, dəstək olmağa hazırıq.

İcra başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirərək kəndin əsas suötürücü kanallarının lildən təmizlənməsi üçün  tapşırıqlarını vermiş, 2014-cü ildə Balaca Şahağac kənd tam orta məktəbi üçün yeni binanın tikiləcəyini, elektrik xətt təsərrüfatının da tədricən yeniləşəcəyini diqqətə çatdırmışdır. 

Q.Ağayev quruculuq-abadlıq işlərinin gələcəkdə də davam edəcəyini vurğulayaraq bu istiqamətdə birgə fəaliyyət göstərməyin vacib olduğunu söyləmiş və kənd sakinlərinə uğurlar arzulamışdır.        

Keçidlər