Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vovada kəndində səyyar qəbul-görüş keçirmişdir

01 noyabr 2013 | 16:00

Rayonumuzun ən gözəl, mənzərəli guşəsində yerləşən Vovada kəndi payız fəslində daha füsunkar, daha yaraşıqlı olur. Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan bu kənddə 237 təsərrüfat,  1147 nəfər əhali vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və heyvandarlıqdır.
Yeni tikilmiş Vovada kənd ibtidai məktəbin həyətində toplaşan kənd sakinləri onlarla görüşə gələn rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevi, inzibati orqanların və bir sıra idarələrin rəhbərlərini hərarətlə qarşıladılar.
Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rəfael Babayev kənd haqqında məlumat verdi.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev kənd sakinlərini salamlayaraq, 9 oktyabr Prezident seçkilərində fəal və mütəşəkkilliklə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.
Kənd sakinlərindən Nəci Əliyev, Hesab Fərziyev, Pənah Rzayev, Sahib Məmmədov, Camal Baxşıyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bildirdilər. Xüsusən, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi barədə möhtərəm Prezidentin Sərəncamına görə müdrik ölkə başçısına təşəkkür və minnətdarlıqlarını ifadə etdilər. Haqlı olaraq qeyd etdilər ki, İcra başçısı Q.Ağayevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə yay mövsümündə Deqədi-Pəlikəş yolu təmir olunmuş, gediş-gəliş xeyli yaxşılaşmışdır. Çıxış edənlər Vovada kəndinə qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının, xüsusən, dirək və naqillərin təmiri, ərazidə tibb məntəqəsinin yaradılması barədə təkliflərini verdilər. 
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev görüşdə çıxış edərək kənd sakinlərinin qaldırdıqları məsələlərə həssaslıqla yanaşılacağını və imkan daxilində həmin problemlərin həlli ilə əlaqədar konkret tədbirlərin görüləcəyini bildirdi. İcra başçısı ölkədə və rayonumuzda son 10 ildə həyata keçirilən geniş abadlıq, və quruculuq işlərindən bəhs edərək qeyd etdi ki, əgər bu gün ölkəmizdə və onun hüdudlarından kənarda  müxtəlif məzmunda irimiqyaslı layihələr həyata keçirilirsə, sürətli inkişaf və tərəqqi ilə dünya dövlətlərinin diqqətini cəlb edə biliriksə bu müstəqil dövlətimizin böyük iqtisadi potensiala və gücə malik olduğunu göstərir. Bu gün ölkədə tikilən səhiyyə ocaqları, idman və mədəniyyət mərkəzləri, böyüməkdə olan gənc nəslə belə gözəl, yaraşıqlı məktəbin hədiyyə edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, mürəkkəb relyefə malik, dağlıq ərazilərdə yerləşən ucqar kəndlərə asfalt yolların çəkilməsi də ölkəmizin real gücündən xəbər verir.
Bu inkişaf və tərəqqinin ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin nəticəsi olduğunu və bu istiqamətdə bundan sonra da geniş layihələrin hazırlanıb həyata keçiriləcəyini diqqətə çatdırdı.
Fərdi təsərrüfatlarda yetişən sitrus meyvələrinin bolluğunun ürək açan olduğunu bildirən icra başçısı məhsulun bazara çıxarılmasında sakinlərə lazımi köməkliyin  göstəriləcəyini bildirdi.
Q.Ağayev Vovada kənd ibtidai məktəbdə mövcud vəziyyətlə tanış olaraq ibtidai sinif şagirdləri ilə səmimi söhbət apardı, məktəb rəhbərliyinə tapşırıq və tövsiyələrini verdi. 

 


 

Keçidlər