Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində səyyar qəbul və görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində səyyar qəbul və görüş keçirmişdir.
Görüşü Kakalos inzibati ərazi dairəsi üzrə nümayəndə Nəsib Əkbərov açaraq kənd sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına təşəkkürünü bildirdi. Sonra o, əvvəlki səyyra qəbul və görüşdən sonra ərazidə aparılan abadlıq və quruculuq işləri, qaldırılan təkliflərin icrası barədə ətraflı məlumat verdi.
Kənd sakinlərindən Minarə Əliyeva, Xəlil Əhmədov, Məlahət Rzayeva, Nazim Rzayev, Lalə Əliyeva, Hacıhüseyn Əliyev, Ağamməd Əliyev və bələdiyyə sədri Bəhram Əliyev çıxış edərək son illər respublikamızda və rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən razılıqlarını bildirmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunu layaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlər, əhalinin rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində gördüyü işlərə görə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Səyyar qəbul və görüşdə sakinlər ərazidə bankomatın quraşdırılması və aptekin açılması, elektrik dirək və naqillərin təmiri, Kolatan-Kakalos yolunun asfaltlaşdırılması, Kakalos kənd 2 saylı tam orta məktəbi üçün yeni binanın tikintisi, suötürücü kanllarının təmizlənməsi, kənd təsərrüfatı əkinləri üçün texnikaların gətirilməsi və digər məsələlər barədə təkliflərini bildirmişlər.
Kənd sakinləri ilə görüşə gələn rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev tədbir iştirakçılarını salamlamış, 9 oktyabr prezident seçkilərində fəal iştirak etdiklərinə görə onlara təşəkkür və minnətdarlığını bildirmişdir.
İcra başçısı qeyd etmişdir ki, ötən müddət ərzində Kakalos kəndində quruculuq və abadlıq sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin operativ həllindən ötrü konkret tədbirlər görülmüşdür. Mövcud problemlərdən də məlumatlı olduğunu qeyd edən icra başçısı onların həlli istiqamətində aidiyyəti təşkilatlar tərəfindən imkan daxilində əməli işlərin həyata keçiriləcəyini, bununla bağlı konkret tapşırıqlar verdiyini diqqətə çatdırmışdır. Yeni məktəb binasının tikintisi üçün Nazirlər Kabineti qarşısında məsələ qaldırılmış, ərazidə bankomatın quraşdırılması üçün aidiyyəti üzrə müraciət edilməsi nəzərdə tutulmuşdur. Ərazidə elektrik təsərrüfatının təmiri, normal elektrik enerjisi verilişinin təmin edilməsi üçün burada iştirak edən Elektrik Şəbəkəsinin rəisinə Azad Hüseynova tapşırıq verilmişdir. İcra başçısı Kolatan-Kakalos yolunun asfaltlaşdırılması ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırmış, kənd ara yollarının təmirində və su ötürücü kanalların təmizlənməsi işində yerli təşkilatlara lazımi dəstək veriləcəyini bildirmişdir.
İcra başçısı müstəqil Azərbaycan Respublikasının bügünkü misilsiz inkişafında möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətlərini qeyd etmiş, xüsusən onun bu ilin sentyabrın 4-də rayonumuza tarixi səfəri barədə geniş məlumat vermişdir. Möhtərəm Prezidentimizin bu səfərindən sonra rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və Deqədi-Pəlikəş yolunun yenidən qurulması məqsədilə vəsaitin ayrılması barədə sərəncamlar verilmişdir. Bu tarixi sərəncamlar nəticəsində rayonumuzun bütün sahələrdə sürətli inkişafı təmin olunacaq, şəhərimizin siması daha da yaxşılaşacaq, ən ucqar dağlıq ərazilərə gedən avtomobil yollarının asfaltlaşdırılması təmin ediləcəkdir. Bütün bunlar ölkə başçısının rayonumuzun əhalisinə göstərdiyi hədsiz qayğı və diqqətin parlaq sübutudur. Biz inanırıq ki, müstəqil Azərbaycan Respublikası bundan sonra daha da inkişaf edəcək, hər bir vətəndaşımız bu yolda var qüvvəsini sərf edəcəkdir. Bu işdə sizin hər birinizə uğurlar arzulayıram.