Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

ABŞ Müvəqqəti İşlər Vəkili cənab Derek Hoqanın Astara rayonuna səfəri

10 dekabr 2013 | 16:00

9 dekabr  2013-cü il tarixdə ABŞ Müvəqqəti İşlər Vəkili cənab Derek Hoqanın Astara rayonuna səfərdə olmuş və RİH başçısı cənab Q.Ağayevlə görüşmüşdür.
Səfər zamanı cənab Derek Hoqanı iqtisadi müşavir cənab Rocer Rigaud və digər qonaqlar müşayiət etmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev ABŞ Səfirliyinin nümayəndələrini salamlamış, Astara rayonu haqqında geniş və ətraflı məlumat vermişdir.
Çox işgüzar və səmimi şəkildə keçən görüş zamanı icra başçısı Müvəqqəti İşlər Vəkili cənab Derek Hoqanı maraqlandıran bütün suallara cavab vermiş, rayonun sosial-iqtisadi inkişafı, aqrar məsələlər, əhalinin məşğuliyyəti və rayonda fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş məlumat vermişdir. Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşdiyinə görə mühüm strateji əhəmiyyət daşıması, bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılmışdır.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da yaxşılaşdırılması, xüsusən son aylarda bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikası və ABŞ arasında dostluq əlaqələrinin bundan sonra da davam etdirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd olunmuş, Azərbaycanın Astara rayonu ilə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının sərhədində yerləşən San-Diyeqo şəhəri qardaşlaşması təklif irəli sürülmüşdür.
ABŞ Müvəqqəti İşlər Vəkili cənab Derek Hoqan rayon İcra hakimiyyəti başçısı tərəfindən belə bir səmimi və işgüzar görüşün təşkilinə görə dərin təşəkkür və minnətdarlığını, Azərbaycanın çox gözəl və səfalı guşəsi olan Astaraya bundan sonra tez-tez səfər edəcəyini bildirmişdir.

Keçidlər