Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada gənclərin fəallığı daha da artır

02 fevral 2012 | 16:00

Bu fikir rayonda “Gənclər günü” ilə əlaqədar keçirilən tədbirdə xüsusi ilə vurğulanmışdır.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş abidə önünə tər çiçək dəstələri qoymuş, sonra isə Heydər Əliyev Mərkəzində olaraq buradakı eksponatlara baxmışlar.
Gənclər evində təşkil olunmuş tədbiri giriş sözü ilə rayon Gənclər İdman idarəsinin rəisi Ərçə Əliyev açmışdır.
Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon Gənclər İdman idarəsinin rəisi Ərçə Əliyev 2011-ci ildə Astara gənclərinin qazandıqları uğurlar, əldə olunan idman nailiyyətləri, gənclərin getdikcə daha da artan fəallığı və qarşıda duran vəzifələr barədə geniş məlumat vermişdir.
YAP Astara rayon təşkilatı Gənclər birliyinin sədri Rəsul Nəsirov, rayon Təhsil şöbəsinin müdirinin müavini Faiq Həsənov, Astara Pedaqoji Kollecinin müəllimi Ruslan Əliyev, Kollecin Gənclər təşkilatının sədri Nigar Məmmədova, rayon Mərkəzi xəstəxanası Gənclər təşkilatının sədri Aliyə Cavadova tədbirdə çıxış edərək, rayon gənclərinin əmək və siyasi fəallıqlarından, dövlətçiliyə sədaqətlərindən, gələcəkdə daha böyük uğurlar qazanmaq əzmində olduqlarından danışmışlar.
Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclərə diqqət və qayğı göstərməsini, imzaladığı sərəncamla hər il Gənclər gününün qeyd edilməsini, Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq 1996-cı il fevralın 2-də Gənclər Forumunun keçirilməsini, bu siyasi kursun layiqli varisi Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, 2012-ci ilin “İdman ili” elan edilməsini, rayon gənclərinin uğurlarından razı qaldığını bildirmiş, əlamətdar gün münasibəti ilə gəncləri təbrik etmiş, onlara xoş arzularını bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun bir qrup fəal gəncinə Fəxri Fərmanlar və Yeni Azərbaycan Partiyası sıralarına qəbul olmuş gənclərə partiya biletlərini təqdim etmişdir.
Axırda bayram konserti nümayiş etdirilmişdir.
Onu da qeyd edək ki, astaralı gənclərin bir qrupu rayondakı hərbi hissələrdə keçirilən “Gənclər günü” tədbirində iştirak etmişlər.
 

Keçidlər