Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

17 yanvar 2014 | 16:00

16 yanvar 2014-cü il tarixdə Astara rayon YAP-nın inzibati binasında 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayonun  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, digər idarə, təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, partiya fəallrı iştirak etmişlər.
YAP rayon təşkilatının sədri, rayon Icra hakimiyyəti başçısının müavini Firudin Əhmədov tədbiri açaraq 20 yanvar faciəsi barədə məlumat vermişdir.
O, qeyd etmişdir ki, Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 24 il keçir. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır. 
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi. 
Bu qanlı hadisələr törədilən vaxtı iqtidar qüvvələr qaçıb gizləndiyi halda, Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.
Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev, YAP rayon Qadınlar Şurasının sədri Aygül Məmmədova, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Renat Fərzəliyev, Astara Pedaqoji kollecin müəllimi Elçin Mahmudov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülnar Məmmədova tədbirdə çıxış etmişlər.

Keçidlər