Astara rayonunda 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə tarixə parlaq səhifə yazdılar.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 20 yanvar qırğınından 24 il keçməsinə baxmayaraq qədirbilən xalqımız hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
20 yanvar 2014-cü il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid oanların xatirəsi ehtiramla yad edilmiş, ruhuna dua oxunmuşdur.
Tədbir iştirakçıların ziyarəti ilə davam etmişdir.
Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.