Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada əhalinin tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar müşavirə olmuşdur.

15 fevral 2014 | 16:00

14 fevral 2014-cü il tarixdə Astara rayon icra hakimiyyətində rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndələri, bələdiyyə sədrləri və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə əhalinin tibbi müayinədən keçirilməsinə hazırlıqla əlaqədar müşavirə olmuşdur.  

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhalinin tibbi müayinədən keçirilməsinin təfərrüatı barədə iştirakçıları məlumatlandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası bütün sahələrdə dinamik inkişafı ilə diqqəti cəlb edir. Bu inkişaf, bu tərəqqi əhalinin gündən-günə yaxşılaşan güzəranından, sosial rifah halından aydın hiss olunur. Ölkə rəhbəri tərəfindən vaxtaşırı olaraq bu məqsədilə verilən sərəncamlar, qəbul edilən qərarlar buna sübutdur. Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi barədə cənab Prezident İlham Əliyevin verdiyi sərəncam isə vətəndaşların sağlamlığına xidmət edən ən humanist bir addım kimi alqışa layiqdir. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq bütün respublikada 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.

Rayonumuzda da əhalinin tibbi müayinəsinin qrafik əsasında yüksək səviyyədə və mütəşəkkilliklə həyata keçirilməsi məqsədilə rayon İcra hakimiyyətinin Sərəncamına əsasən aidiyyatı təşkilatların nümayəndələrinin daxil olduğu komissiyanın yaradıldığını qeyd edən İcra başçısı, inzibati ərazi dairəsi üzrə nümayəndələrinin yaşayış məntəqələrində, idarə, müəssisə rəhbərlərinin isə rəhbərlik etdikləri kollektivdə tədbirin keçirilməsinə köməklik məqsədilə təşkilati-izahat işləri aparmalı olduqlarını diqqətə çatdırmışdır.   

Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə tövsiyə olunmuşdur ki, xəstəxananın bütün kollektivi əhalinin tibbi müayinədən keçirilməsinə səfərbər edilməli, nəzərdə tutulan tədbirin keyfiyyətlə başa çatdırılması  təmin olunmalıdır. Bunun üçün əsaslı təmir edilərək hər cür tibbi avadanlıqlarla təchiz olunan, ötən il Respublika Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən açılışı edilən Mərkəzi Xəstəxanada bütün lazımi şəraitin olduğu, əhalinin tibbi müayinədən keçməsi üçün heç bir çətinliyin olmadığı vurğulanmışdır.

Tədbirdə çıxış edən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə xəstəxanada 3 həkim briqadasının yaradıldığını, gün ərzində təqribən 450 nəfərə qədər vətəndaşın müayinədən keçirilməsinin mümkünlüyünü qeyd etmişdir.  Poliklinika şöbəsinin müdiri Fuad Səmədov, gənc həkim Aytən Şiriyeva, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev və başqaları çıxış edərək ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən bu yüksək diqqət və qayğıya görə minnətdarlıq etmiş, öhdələrinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklərini söyləmişlər.   

Keçidlər