Heydər Əliyev irsi gənc nəslə şərəflə öyrədilir.
26 fevral 2014 | 16:00
Astara rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tərtib olunmuş qrafikə uyğun olaraq Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən tarix dərsləri tədris olunur. Bu dərslərdə Ulu Öndərin zəngin siyasi irsi ilə şagirdlər tanış edilərək müstəqil Azərbaycan dövlətinin dünya miqyasında tanınması, inkişafı və tərəqqisi naminə gördüyü möhtəşəm işlər barədə onlara ətraflı məlumat verilir.
03 fevral 2014-cü il tarixdən başlayan dərslərdə bu günə kimi rayonun 29 ümumtəhsil məktəbinin 698 nəfər şagirdi iştirak etmişdir.
Tarix dərsləri 24 may 2014-cü il tarixədək davam edəcəkdir.